“Ximekspress 2000 Firması”nın gücünə daha kimlər güc verir? – İLGİNC

Baxılıb:389
“Ximekspress 2000 Firması”nın gücünə daha kimlər güc verir? – İLGİNC

Cəmiyyətdə bu gün ən çox müzakirə olunan məsələlərdən biri də tender prosedurlarında yol verilən qanunsuz hallarla bağlıdır.Dövlət qurumları tərəfindən satınalmaların həyata keçirilməsi zamanı ən çox yol verilən nöqsanları mütəxəsisi olmadan belə görməmək mümkün deyil.Belə ki,prosedurlar zamanı satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi,tenderdə iştirak edən iddiaçıdan zəruri sənədlərin alınmaması,bank təminatı alınmadan avansın ödənilməsi,xüsusilə satınalma metodları tətbiq edilmədən və satınalma metodunun dəyişdirilməsi kimi nöqsanları yoxlamalar zamanı Hesablama Palatası müəyyən edib.Yəni.bunları biz özümüzdən demirik.Palatanın müəyyən etdiyi digər qanunusuzluqlar isə iddiaçı kimi çıxış edən podratçılardan maliyyə vəziyyəti barədə sənədlərin alınmaması,podratçının ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində müəyyən olunmuş tələblərə riayət edilməməsi,tender,təkliflər və kotirovka sorğusu barədə elanlar və nəticələr müəyyən edilmiş qaydada açıqlanmaması kimi hallardan ibarət olub.

Dövrü mətbuatda bu kiimi qanunsuzluqluqlara yol verilmiş minlərlə tender prosedurları barədə məlumatlara rast gəlmək mümkündür.Təəccüblü burasıdır ki,yayılan bu qədər informasıyalara baxmayaraq tender prosedurlarında yenə də qanunsuzluqlara yol verilir.Bir çox hallarda satınalan təşkilatlar verdiyimiz sualları cavablandırmaqda əziyyət çəkir,onların heç nədən xəbəri olmadıqlarını,tenderin elektron qaydada keçirıldıyini bəhanə gətirməklə kifayətlənirlər.Maddi texniki bazası olmayan bu şirkətlərlə görülən işbirliyi isə istər-istəməz ortaya şübhəli suallar çıxarır.

Aktualinfo.org son illərdə milyon manatlıq tenderlərin qalibi olmuş “Ximekspress 2000 Firması”nın fəaliyyəti ətrafında apardığı araşdırmalar zamanı da yuxarıda qeyd etdiyimiz şübhəli suallar ortaya çıxdı. Əvvəlcə gəlin firmanın qalibi olduğu tenderlərə nəzər salaq.

Təkcə cari ilin iyun ayında Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Birliyinin yolların asfalt örtüyünün təmiri işlərinin satın alınması üzrə 2 034 718.25 manat,yol cizgi boyalarının çəkilməsi işlərinin satın alınması üzrə 297 522.25 manat,alleya və parkların təmiri işlərinin satın alınması üzrə 1 999 359.43 manat dəyərində satınalma müqavilələri “Ximekspress 2000 firması” ilə bağlanmışdır.

Sumqayıt şəhər İcra Hakimiyyətinin avtomobil yollarının asfalt örtüyünün təmiri işlərinin davam etdirilməsi üzrə 389 711.4 manat,Sumqayıt şəhərinin 70 illik yubiley tədbirlərinin keçirilməsi, şəhərdə abadlıq və təmir işləri üzrə 2984600 manat dəyərində müqavilələr də “Ximekspress 2000 firması” ilə ötən ilin sentyabr ayında bağlanmışdır.Bir il tamam olmamış bu şirkətlə ümumi dəyəri 7705911 manat olan ayrı-ayrı satınalma müqavilələrinin bağlanılması nə dərəcədə qanunauyğun bir haldır?

26.04.2018-ci il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyəti Əsaslı Tikinti, Təmir və Abadlaşdırma Şöbəsinin Mingəçevir şəhərində 2018-ci ildə çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi və təmiri işləri üzrə keçirdiyi tenderin qalibi olan “Ximekspress 2000 firması” ilə 991700 manat müqavilə bağlamışdır.

Üstündən altı ay keçdikdən sonra 30.10.2018-ci il tarixdə “Ximekspress 2000 firması” Gəncə Şəhəri İcra Hakimiyyəti ilə 2018-ci ildə aparılacaq Gəncə şəhərində mənzil fonduna daxil olan 148 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və təmiri işləri üzrə 6173373.55 manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki,”Ximekspress 2000 firması” nın Mingəçevir və Gəncə şəhərlərində tenderlərin qalibi olması heç də təsadüf deyil.Belə ki 2018 ci ilin avqust ayına qədər Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı olmuş Niyazi Bayaramov sözügedən ayda Gəncə şəhər İcra hakimiyyətinin başçısı təyin edilir.”Ximekspress 2000 firması” isə bu təyinatdan cəmi iki ay sonra Gəncədə böyük miqdarda dövlət vəsaiti ayrılmış tenderin qalibi olur.Təbii ki, ortada Niyazi Bayramov faktorunun olması inkaredilməzdir.

Daha maraqlı bir fakt isə “Ximekspress 2000 firması”nın 2019-cu il oktyabr ayında qalibi olduğu tenderlərlə bağlıdır Belə ki,Bakı şəhər İcra Hakimiyyəti Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamentinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin “yaşıllıq sahələri üçün tələb olunan əkin materiallarının” satın alınması üzrə 2870751.16 manat,gübrələrin satın alınması üzrə isə 226397.16 manat dəyərində müqavilələr də”Ximekspress 2000 firması” ilə bağlanıb.

Ötən il araşdırma yazılarımızın birində “Ximekspress 2000 Firması”nın 25 may 2000-ci ildə dövlət qeydiyyatına alındığı barədə məlumatlar vermişdik. Reyester məlumatlarında firmanın nizamnamə kapitalının 40 manat olduğu, qanuni təmsilçisi isə Nuriyev İlqar Cəllad oğlu olduğunu qeyd etmişdik.Açıq internet resursları üzərindən əldə etdiyimiz məlumatlarda “Ximekspress-2000”-də baş direktor vəzifəsi daşıyan İlqar Nuriyevin 2009-cu ildə hakim Yeni Azərbaycan Partiyasının (YAP) xətti ilə Sumqayıt bələdiyyəsinin üzvü seçildiyi barədə məlumatlar var. Məlumatlarda o da bildirilir ki,İlqar Nuriyevin rəhbərlik etdiyi firma bəzi rayonlarda təhsil ocaqlarının təmirini də həyata keçirib.Ötən ilin avqust ayında isə mediada Qusar rayonu Quxuroba kənd orta məktəbinin müəllimlərinin “Ximekspress 2000” firması barədə şikayəti yayılmışdı. Şikayətdə müəllimlər firmanın məktəb binasını təmir üçün sökdüyünü,lakin dərs ilinin başlanmasına az vaxt qalsa da,təmir işlərinə başlamadığını bildirılırdi.

Apardığımız təkrar araşdırma zamanı “Ximekspress 2000 Firması”nın kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında Sumqayıtdakı 2 saylı Ərazi Vergilər Baş İdarəsində 15.05.2000-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Nizamnamə kapitalı 40 manat olan Firmanın hüquqi ünvanı Sumqayıt şəhəri,Səməd Vurğun küçəsi,məh 14,ev 112-dir.Bura qədər hər şey əvvəlki kimidir.Məlumatda sadəcə firmanın qanuni təmsilçisinin Mahmudov Rəhim Rəsul oğlu ilə əvəzləndiyi məlum oldu.

Başında kim durmasından asılı olmayaraq göründüyü kimi bu firma böyük tenderlərin qalibi olur.Həm də bir yerdə yox, respublikanın ən böyük şəhərlərində və rayonlarında.Qalibi olduğu tender prosedurlarından da göründüyü kimi “Ximekspress 2000 Firması” bir yerdə dam örtüyü dəyişir,bir yerdə yol çəkir digər bir yerdə əkin materialları və gübrələr alır.Hansı ki.bütün bunlar “Satınalmalar Haqqında” qanunun tələblərinə ziddir.Belə ki,bütün tender prosedurlarında podratçının ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində müəyyən olunmuş tələblərə riayət edilməməsi açıq-aydın görsənir.Bəs görəsən qanunun tələblərini pozmağa bu firmaya kimlər şərait yaradır? Birinci İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti.İkincisi isə sifarişçi dövlət təşkilatları.O maraqlıdır ki,Eldar Əzizov,Zakir Fərəcov və Niyazi Bayramov üçlüyü ilə daim işbirliyi quran bu firmanın arxasında duran,Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini belə yönləndirə bilən güc kimdir?Adlarını sadaladığımız İcra başçıları yeri gələndə bu gün güc nümayiş etdirirlər.Bəs onların gücünə güc qatan kimlərdir?
Aktualinfo.org


Abunəlik