Erməni hərbçi özünü güllələdi

Baxılıb:227
Erməni hərbçi özünü güllələdi

Azərbaycanın işğal edilmiş Xocavənd yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmətdən bezən əsgər Ara Petrosyan qəsdən özünə xəsarət yetirib.

AzTimes.az xarici KİV-ə istinadən xəbər verir ki, dözülməz şəraitdən, təhqir və təzyiqlərdən təngə gələn A.Petrosyan odlu silahdan atəş açaraq özünü yaralayıb.

Hərbi hospitala yerləşdirilən əsgər və onu bu həddə çatdıran komandiri barəsində cinayət işi açılıb.


Abunəlik