SON DƏQİQƏ: Sabirabadda kənd əhalisi AKSİYA edir-VİDEO
AzTimes.az xəbər verir ki, Sabirabad rayonunun Rüstəmli kəndinin əhalisi susuzluqdan əziyyət çəkir. Yayın olduqca isti və quraq keçməsi nəinki əhalinin çətin duruma düşməsinin, hətta onların əkin sahələrinin də məhv olmasına səbəb olub. Sakinlər deyir ki, onların problemi ilə nə icra başçısı, nə də təbliğat-təşviqat zamanı qapılarını yağır edən deputat maraqlanmır. Suyu pulla alırlar. Bu isə işsiz kənd sakinləri üçün çətinlik yaradır. Sakinlər problemlə bağlı etiraz bildirirlər: