Bakıda xadimə işlədiyi evi SOYDU
Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzTimes.az-a verilən məlumata görə, Nizami rayon Polis idarəsinin 25-ci polis şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.