Rəşad Əlizadə “Repusblikaçı Alternativ Partiyası”nın sədri İlqar Məmmədova müraciət etdi:”Xaricdən baxanda gülünc və komik….”
AzTimes.az xəbər verir ki, xaricdə yaşayan və sosial şəbəkələrdə fenomen olan Rəşad Bakinsky kimi tanıdığımız Rəşad Əlizadə öz facebook hesabında üzvü olduğu Repusblikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədova müraciət ünvanlayıb. Müraçiəti olduğu kimi sizə təqdim edirik.
Hörmətli İlqar bəy, ilk öncə nəzərinizə çatdırmaq istəyirəm ki, bu aralar mənim müxalifət partiyaları, müxalifət liderləri və müxalif düşüncəli insanlar ilə təşkilatlar haqqında heç bir mövzuda nə öz fikirimi, nədə ki, iradlarımı bildirmək fikirim yox idi. Başım daha vacib məsələlərə qarışdığı üçün, öz mübarizəmi bir başa iqtidarda olan bütün məmurlar ilə yuxarıdan aşağıya doğru gedərək, öz bildiklərimi cəmiyyət ilə paylaşıram. Lakin, son günlər müxalif partiyalar arasında yaranan “İlqar döyər yoxsa Əli” kimi gülünc və xaricdən baxanda ölkənin müxalifət partiyaları haqqında komik imic yaratdığını gördükdən sonra məcbur qalıb bir başa müraciətimi ilk öncə sizə ünvanlamağı özümə borc bildim. Çünki, rəsmi qeydiyyatdan keçmiş olduğum partiya ReAL partiyasıdır və siz İlqar Məmmədov mənim üzvü olduğum partiyanın sədrisiniz. İlk öncə onu qeyd edim ki, öz səhifəmdə partiyalar haqda yazmağın tərəfdarı olmasam da, bu durum məni buna vadar etdi və düşünürəm ki, siz demokratiyanın tərəfdarı olduğunuz üçün mənim bu tələbimi dəyərləndirəcəksiniz. İlqar bəy, biz sizi ANS-dən o möhtəşəm çıxışınızdan sonra tanımışıq və içimizdə müxalifətə qırılan inamımızı bərpa edən yeganə şəxs sizsiniz. Siz həbsdə olan zaman, hamımız bir nəfər kimi İlqar Məmmədova dəstək etmək üçün küçələrə çıxıb, haqqı tələb edirdik. Yazıqlar olsun ki, sizin həbsdən çıxmağınızı müxalifətin monopolist qüvvələri çalışırlar öz adlarına bunu xal olaraq yazsınlar ki, sizi özlərinə tabe etsinlər amma sizə təşəkkür edirəm ki, bu imkanı onlara vermirsiniz. ReAL-dan öncə başqa bir partiyanın üzvü olsam da, ReAL partiyasının demokratik qaydalara riayət etdiyini düşünüb bu partiyaya üzv oldum və düşünürəm ki, demokratik dəyərlərə dəyər verən bir partiya rəhbəri olaraq mənim kimi sıravi üzvün partiya sədrindən tələbini özünüzə həqarət kimi qəbul etməzsiniz. İlqar bəy, sizdən xahiş edirəm, bu son günlərdə yaranan bütün narahatçığa, aşağılamalara, sayğısızlıqlara və gülünc atmosferə son qoymaq, sizin tərəfdarlarınızın sayını daha da çox artırmaq və mövcud olan monopolist qüvvələrin yaratdığı şouya son qoymaq üçün, Əli Kərimlini debata şəxsən özünüz dəvət edin. Sizə etimad edənlər də bilir ki, sizinlə debata çıxan ordan məyus qayıdacaq amma hər halda, artıq siz bunu etməlisiniz. Bunu sizdən mən Rəşad Əlizadə, Respublikaçı Alternativ Partiyasının üzvü olaraq tələb edirəm. Təşəkkür edirəm.