Deputat haqqında post yazdı,polis bölməsinə çağırıldı-FOTO

Baxılıb:1547
Deputat haqqında post yazdı,polis bölməsinə çağırıldı-FOTO

Biləsuvar rayonunda yerləşən Qaçqın şəhərciyində qəsəbə 2,ev 171 ünvanında yaşayan Yaqubov İnqilab Talıb oğlu AzTimes.az-a danışıb. O, deyir ki, prezidentin diqqət və qayğısı nəticəsində onlar göstərilən ərazidə evlə təmin olunublar. 
“Ölkə başçısının sərəncamı ilə  evlərin tikilməsi üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılmasına baxmayaraq  mənzillərin durumu bunu demir. Yaşadığımız evlərin tikintisinə sərf olunan materiallar bəzi ciblər dolsun deyə o qədər keyfiyyətsiz olub ki yeni verilmiş evim uçub dağılır. Bununla bağlı dəfələrlə “qaçqınkom da”, icra hakimiyyətində olmuşam. Heç bir nəticə olmayıb. Seçki ərəfəsində 120 saylı Cəbrayıl- Qubadlı seçki dairəsindən namizəd olan Ceyhun Məmmədov bizlərlə görüşdü. O zaman bu problemimizi ona da dedik. Söz verdi ki, mənə səs versəniz ,deputat seçilsəm bu məsələnin yerindəcə  həlli üçün çalışacam. Amma seçiləndən sonra bütün gün imza üçün bizi evimizdə rahat oturmağa qoymayan bu adam qeybə çəkildi.
Mən  buna etiraz olaraq öz “Facebook” hesabında status yazdım. Üstündən iki gün keçmişdi ki məni Cəbrayıl rayon Polis Bölməsinə çağırdılar. Polis əməkdaşı dedi ki Toğrul Mahmudov sizlə görüşmək istəyir.” Siz  kimsiz ki, Ceyhun müəllimin adını çəkirsiniz? Dərhal silim yazdığınız postu” dedilər” Mənsə hər bir vətəndaşın fikir azadlığının olduğunu və yazdığım heç bir şeyi silməyəcəyimi dedim. Buradan cənab Daxili İşlər Naziri Vilayət Eyvazova səslənirəm. Cənab nazir, siz əhali arasında hörmətini qoruyub saxlayan say-seçmə insanlardansınız. Xahiş edirəm ki, məmurlarla əlbir işləyərək vətəndaşa zülm edən, vəzifəsinin qanunu qorumaq olduğu halda qanunu özü pozan belə “asayış keşikçiləri” barədə tədbir görəsiniz.”

Pərvin Abışova AzTimes.az


Abunəlik