Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları üstələdi: İki nəfər vəfat etdi – FOTO
Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.