İş adamı dövlət başçısına müraciət etdi – CƏNAB PREZİDENT, XİLAS EDİN!

Baxılıb:456
İş adamı dövlət başçısına müraciət etdi – CƏNAB PREZİDENT, XİLAS EDİN!

Prezident İlham Əliyevin məmur özbaşınalığı, xüsusilə yüksək vəzifəli şəxslərin övladlarının, yaxınlarının özbaşınalıqları barədə dəfələrlə cəmiyyətə verdiyi sərt, qətiyyətli mesajları əlbəttə ki, bu gün də qüvvəsindədir. Belə ki, ölkəmizdə aparılan uğurlu və davamlı siyasi, iqtisadi və kadr islahatları nəticəsində bir çox “mənəm-mənəm” deyən, özlərini dövlət başçısının təbirincə desək, “xan” kimi aparan, ali qanunvericiliyə etina göstərməyən, qanunları kobudcasına pozan, hətta bir az da irəliyə gedərək, dövlət qanunlarına açıq-aşkar meydan oxuyan fərdlər ədalətli cəzalarını alıblar, bu gün də almaqda davam edirlər. Söz yox ki, yüksək vəzifə sahiblərinin övladları və yaxınları qanunları pozarkən, yalnız cinayət əməli törətdiklərinin deyil, həm də daha ağır cinayətə rəvac verdiklərinin fərqinə ya varmırlar, ya da varmaq istəmirlər – bunun isə adı xalqı dövlətdən narazı salmaqdır.

Xüsusilə, dövlətin iş adamlarına, sahibkarlara göstərdiyi diqqət və qayğısı nəticəsində onların qurduqları fəaliyyətləri həm ölkəyə, həm də vətəndaşlara səmərələr gətirməkdədir. Lakin yerlərdə bir sıra məmurlar və onların qoçu dəstələri sahibkarlara qarşı sözün əsl mənasında reketçiliklər edir, fəaliyyətlərinin davam etdirilmələri üçün təhdid altında saxlayırlar. Belə təhdid və təzyiqlərə məruz qalan iş adamlarından biri də Abdiyev İslam Babaşxan oğludur. Belə ki, onun fəaliyyəti ölkəyə qida məhsulları idxal etməklə ailəsini və çalışdırdığı ailələri dolandırmaqdır. O cümlədən, sahibkar fəaliyyəti istiqamətində yalnız qanunlara riayət edən, nizamlı şəkildə vergilərini ödəyən iş Abdiyev İslam əldə etdiyi gəlirlərinin bir hissəsini ehtiyaclı ailələrə, şəhid və qazi ailələrinə yardım məqsədi olaraq sərf edir.

Üzləşdiyi qanunsuzluqlarla, ona qarşı törədilən cinayətlərlə bağlı iş adamı xilas yolunu ölkə başçısı, Prezident İlham Əliyevə müraciət etməkdə görüb. Çünki onun müraciət etdiyi müvafiq dövlət qurumları, güc strukturları və s. orqanlar nədənsə edilən müraciətlərə etinasız yanaşırlar.

Möhtərəm Prezident

Sözügedən qoçu və reket dəstəsi 1 gün ərzində mənim azadlığımı zor tətbiq edərək əlimdən almış, məni qeyi-qanuni şəkildə zirzəmidə döyərək girov saxlamış, eləcə də ailə üzvlərini də oğurlayaraq, qətl edəcəklərini bildirmiş, məni saxlanıldığım zirzəmidə çürüdəcklərini hədə-qorxu yolu ilə bildirmişlər. Bu reket dəstəsi məndən 120000 (yüz iyirmi min) ABŞ dolları nəğd pul, 90 min (doxsan min) ABŞ dolları dəyərində müxtəlif mal-material alıb, hədə-qorxu gəliblər və bildirblər ki, əgər bu məsələni ictimailəşdirsəm, öz həyatım ilə yanaşı, ailə üzvlərinin də həyatını məhv edəcəklər. Hətta Azər Əmirsalanov bildirib ki, dünyanın bir çox ölkələrində razborkaları o həll edir, neçə-neçə ölkələrdə onun biznesi var, ona görə də nə polis, nə məhkəmə, nə prokurorluq orqanları, nə də heç bir dövlət strukturu onlara bata bilməz.

Zati Aliləri

Onu da diqqətinizə çatdırım ki, Əmiraslanovun cinayətkar əməllərinə xüsusi dəstək göstərən digər deputatın – Mirkazım Kazımovun qardaşı oğlu, Cəlilabad rayon İcra Haimiyyəti başçısının Cəlilabad şəhəri üzrə nümayəndəsi Kazımov Mirməhəmməd Mirhüseyn oğludur.

Sizin tərəfinizdən nəzarətə götürülən və İcra Hakimiyyətlərində, dövlət qurumlarında aparılan təmizlik işləri nəticəsində üzə çıxan faktlar, ölkə qanunlarını, vətəndaşların hüquqlarını pozanların cəzalandırılmaları hər birimizi sevindirir və bizlər inanırıq ki, Siz hər bir Azərbaycanlının Prezidentisiniz. Siz öz çıxışlarınızda da daim vurğulayırsınız ki, xalqınızın xidmətçisisiniz və məmurlar da ilk növbədə xalqın xidmətçisi olmalıdırlar. Biz də xalq olaraq Sizə güvənir, Sizin ətrafınızda sıx birləşir və atdığınız hər bir mütərəqqi addımı dəstəkləyirik.

Möhtərəm Prezident

Bir vətəndaş olaraq, son ümid yerim və özümün, ailəmin, övladlarımın xilas mənbəyi Azərbaycan dövləti, Azərbaycan Prezidentidir. Bu baxımdan da, Sizin hər bir vətəndaşımıza diqqət və qayğı göstərməyiniz faktorundan yararlanaraq bu müraciətimi etdim.

Allah Sizin və böyük ailənizin dövlətçiliyimizin güclənməsi, qüdrətlənməsi uğrunda həyata keçirdiyi nəhəng işləri davamlı etsin və Rəbbim Sizləri Azərbaycanımızın üzərindən əksik etməsin!


Abunəlik