ADAU-nun rektoru İbrahim Cəfərovla Ramiz Mehdiyevi hansı tellər bağlayır?

Baxılıb:384
ADAU-nun rektoru İbrahim Cəfərovla Ramiz Mehdiyevi hansı tellər bağlayır?

Son vaxtlar Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin ölkədə tətbiq edilən sərt karantin rejiminə baxmayaraq, nəvəsinə etdiyi toyu ətrafındakı qalmaqallar səngimir və get-gedə bu məsələ növbəti faktları ortaya çıxarır.

AzTimes.az xəbər verir ki, akademik ona qarşı ünvanlanan haqlı ittihamlardan peşman olduğunu etiraf etməsi yerinə, əzələ nümayişi etdirir, hətta ictimai rəyi, mətbuatı, ziyalıları hədəfə alaraq onlara qarşı qeyri-ciddi, əsassız ittihamlarla çıxış edir.

Prezident İlham Əliyev cənablarının birlabvasitə diqqətində olan mövcud vəziyyətdən sui-istifadə edib, qanunları pozan Ramiz Mehdiyev bu addımları ilə dövlətin apardığı uğurlu siyasətə qarşı çıxır və maraqlıdır ki, həmin qanunsuzluqlarını ölkə başçısının adı altında (!) spekulyasiya edir.

Dövlət başçısının bu sözlərinə məhəl qoymayan Ramiz Mehdiyev birbaşa dövlətin tutduğu siyasi xəttə etina etmir, cənab Prezidentin vurğuladığı fikirləri altından öz yararsız ittihamlarını xalqa, mətbuata, ziyalılara doğru yönəldir

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin növbəti modul tipli xəstəxanasının açılışında da vurğuladı ki, qəbul edilən qərarlar, qanunlar kateqoriyalarından asılı olmayaraq bütün vətəndaşlara aiddir və qanunları pozanlar kimliyindən asılı olmayaraq cəzalandırılırlar, bundan sonra da belə olacaq.

Lakin dövlət başçısının bu sözlərinə məhəl qoymayan Ramiz Mehdiyev birbaşa dövlətin tutduğu siyasi xəttə etina etmir, cənab Prezidentin vurğuladığı fikirləri altından öz yararsız ittihamlarını xalqa, mətbuata, ziyalılara doğru yönəldir.

Təəssüf ki, bu gün Ramiz Mehdiyevin özünü təmizəçıxarma əməliyyatında ona dəstək göstərənlər və dövlətin yüksək postlar, vəzifələr etimad etdiyi şəxslər də ortaya çıxır, Administrasiyanın sabiq rəhbərinə necə deyərlər, qahmar olurlar. Bu vasitə ilə onlar cənab Prezident İlham Əliyevin imza atdığı qanunları dolayı yolla saya almadıqlarını nümayiş etdirirlər. Daha doğrusu, əgər bu gün Ramiz Mehdiyev qanunsuzluq edibsə, indi də həmin qanunsuzluqlarını “əsaslandırmağa” cəhdlər göstərirsə, demək ki, ona dəstək olan vəzifəli şəxslər də Prezident İlham Əliyevin apardığı siyasi xəttə qarşı çıxır, bu siyasətə ağ olmuşlar sırasında cəmləşirlər.

Sual yaranır ki, indi İbrahim Cəfərovun xalqın haqlı iradlarına qarşı əzələ nümayiş etdirən Ramiz Mehdiyevi müdafiə etmək marağı altında daha hansı maraqlar yatır?

Belə şəxslərdən biri də Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovdur. Facebook sosial şəbəkəsində fəallığı ilə seçilən rektor nədənsə, dövlət başçısının da tənqidinə tuş gəlmiş R.Mehdiyevin əməllərini müdafiəyə qalxıb, hətta ondan öz nəzərincə “mələk” düzəltməyə çalışıb.

Analoq.az İbrahim Cəfərovun həmin madafiə məsələsini ictimailəşdirmək qərarına gələrək, onu dəyərli oxucularının diqqətinə çatdırır.

Qeyd edək ki, ADAU-nun rektoru uzun illərdir bu vəzifədə fəaliyyət göstərir və bu gün onun R.Mehdiyevi müdafiə etməsi cəhdləri arxasından bir sıra suallar meydana çıxır. Misal üçün, Ramiz Mehdiyevin “beşinci kalon”u idarə etməsi faktını artıq bütün KİV-lər yazırlar və görünür, rektor da bu məlumatlardan xəbərsiz deyil.

O cümlədən, bir sıra rayonlarda həbs edilən İcra Hakimiyyəti başçılarının da adlarının arxasından Ramiz Mehdiyevin kölgəsi müəyyən olunmağa başlayıb. Sual yaranır ki, indi İbrahim Cəfərovun xalqın haqlı iradlarına qarşı əzələ nümayiş etdirən Ramiz Mehdiyevi müdafiə etmək marağı altında daha hansı maraqlar yatır? Bu mövzunu gündəmdə saxlamaqla hörmətli rektorun də fikirlərini dərc etməyə hazırıq.(analog.az)


Abunəlik