Türkiyədən Rusiyaya sərt bəyanat

Baxılıb:857
Türkiyədən Rusiyaya sərt bəyanat

“Krımda bu gün səhər Krım Tatar türklərinin evlərinə edilən hücumları və onların  nəzarətə götürülməsini narahatlıqla izləyirik”. AzTimes.az- n xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, sözügedən hadisə Krımın 2014-cü ildə qeyri-qanuni zəbtindən sonra yerli tatarlara tətbiq olunan davamlı təzyiq və hədənin son nümunəsidir: “Türkiyə hüquq və mənafelərini sülh yolu ilə müdafiə etdiyi soydaşlarımız olan Krım tatarlarının hər zaman yanında olacaq”.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın hüquq-mühafizə orqanları əməkdaşları Krımda bir çox ünvana basqın edib. Jurnalist Ayder Kadirov olmaqla, 4 nəfər saxlanılıb.(Apa)


Abunəlik