Bu saatlarda yatmaq ölüm riskini artırır
AzTimes.az “medicina.az”a istinadən bildirir ki, bu qənaətə Çinin Quançjou şəhərinin Tibb Universitetinin tədqiqatçıları gəlib.
Belə ki, alimlər 20 elmi işdən ümumi nəticə çıxarıb və 39 %-i gündüz yatan 313 651 nəfərin məlumatını təhlil ediblər.
Analiz nəticələrinə görə, gündüz müntəzəm olaraq 1 saatdan çox yatan insanlarda ürək damar xəstəliyi riski 34 %, başqa bütün səbəblərdən doğan ölüm riski isə 30 % artıb. Uzunmüddətli gündüz yuxusu ümumilikdə sutkada 6 saatdan çox yatanlar üçün təhlükəli olub.
Araşdırmaçılar iddia edirlər ki, müddətindən asılı olmayaraq gündüz yuxusu ümumiyyətlə ölüm riskini 19 % artırır. Eyni zamanda qadınlarda və yaşlı insanlarda yuxu və ölüm riski arasındakı əlaqə daha aydın olub: müvafiq olaraq 22 % və 17 % təşkil edib.