Azərbaycan tankçıları beynəlxalq yarışda erməni tankını vurdu
“Beynəlxalq Ordu Oyunları – 2020” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız hədəfə atəş açarkən yanlışlıqla Ermənistan tankını vurublar.
AzTimes.az Rusiya KİV-ə istinadən xəbər verir ki, ekipaj üzvləri erməni tankını vurmalarını belə izah ediblər: “Tapşırığa uyğun hərəkət etdik. Atəş xəttinə çatıb, silahı hədəfə doğru yönəltdik və məhv etdik. Hədəfin yaxınlığında erməni komandasının üzvləri nərd oynayırdılar onların tankına dəydi”. Atəş təlim mərmisi ilə həyata keçirildiyi üçün Ermənistan tankının heyət üzvlərindən xəsarət alan olmayıb. Lakin erməni tərəfi onlara dəyən maddi ziyanın ödənilməsini tələb ediblər.( yeniavaz.com)