Mehmanxanaların mətbəx, restoran və barlarında hansı qaydalara əməl edilməlidir?

Baxılıb:168
Mehmanxanaların mətbəx, restoran və barlarında hansı qaydalara əməl edilməlidir?

Pandemiya dövründə fəaliyyət göstərən mehmanxanalarda COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə bir sıra qaydalara əməl olunmalıdır. Mehmanxana xidmətinin təşkilində, xüsusilə ictimai iaşə zonalarında müvafiq metodiki göstərişlərin, tövsiyə və tələblərin yerinə yetirilməsi vacib şərtlərdəndir.

Belə ki, mehmanxanaların ictimai iaşə obyektlərində ümumi istifadədə olan çay və qəhvə maşınları, su dispenserləri və digər avadanlıqlardan içkilərin yalnız mehmanxananın işçisi tərəfindən qonaqlara təqdim olunması tövsiyə edilir.

Əl və tənəffüs gigiyenasına riayət etməklə yanaşı, alət və avadanlıqların təmizliyi də COVID-19-a yoluxmanın qarşısını alan zəruri tədbirlərdəndir. Bu baxımdan istifadə edilən metal çəngəl, qaşıq və bıçaqlar müvafiq gigiyena qaydalarına uyğun şəkildə təmizlənib, üstü örtülmüş şəkildə saxlanmalıdır. Həmçinin çəngəl, qaşıq və bıçaq kimi alətlər əllə təmas olmadan qonaqlara təqdim edilməlidir. Bundan başqa barlarda içki süzmək üçün istifadə olunan kranların mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi də şərtdir.


Abunəlik