Səfər Mehdiyevin yarım saatlıq çıxışını darmadağın edən yarım cümlə… – Dövlətin və millətin gözünə kül üfürmək lazım deyil…

Baxılıb:284
Səfər Mehdiyevin yarım saatlıq çıxışını darmadağın edən yarım cümlə… – Dövlətin və millətin gözünə kül üfürmək lazım deyil…

Səfər Mehdiyev Azərbaycana gətirilən şəxsi istehlak məqsədilə ticarət edən vətəndaşlarla bağlı qərarı əsaslandırır. Elektron ticarət iştirakçısı olan vətəndaşlarla bağlı tətbiq edilən məhdudiyyətlər sözün bütün mənalarında vətəndaşlarımızı narahat edir. Gundeminfo.az xəbər verir ki, günlərdir ölkə ictimayyəti tərəfindən müzakirə olunan problemə Gömrük Komitəsinin rəhbərliyi və rəhbərləri öz trol ordusu və bəslədiyi xəbər saytları vasitəsilə “humanist addım” donu geyindirməyə çalışır.

Səfər Mehdiyev Real TV-yə verdiyi müsahibəsində bu qərara şərh verən ekspertləri qruplaşdırır, xəbər hazırlayan medianı güya maraqlı tərəf kimi təqdim edir, hətta millət vəkillərini belə maraqlı olmaqda ittiham edir. Əlbəttə bu qərarda maraqlı tərəf var. Aylardır evinə qapanan, iri ticarət mərkəzlərinin bağlı olduğu bir zamanda vətəndaş aldadıldığının fərqindədir. 3 dəfə baha satırlar. Daxili bazarda eyni markanın məhsulunu 3-4 dəfə baha satır rəsmi dükanlar. Niyə eyni dükanın malı Gürcüstanda, Türkiyədə, Rusiyada bizdən 4 dəfə baha satılır? Səbəbini bilir Səfər Mehdiyev. Bilir ki, inhisarçılardır. Bilir ki, daha çox “şapka” verirlər. Bilir ki, öz ətrafı onun yaratdığı “yaşıl dəhlizdən” yararlanır. İndi onların sayəsində süni olaraq gömrük hesabatlarını 108 faiz icra olunub demək istəyir. Axı bütün dünya etiraf edir ki, pandemiya səbəbindən gömrük idxal-ixrac əməliyyatları ilə bağlı problemlər var. Hesabatlar kəskin azalıb. Səfər Mehdiyev niyə etiraf etmək istəmir? Hər halda səbəbi bəllidir. Taladıqlarının hesabatı sorulacaq yəqin o səbəbdən.

Gundeminfo.az olaraq gələk əsas məqama – dünya təcrübəsinə:

Gömrük komitəsi iddia edir ki, onlar xarici ölkələrdəki təcrübəyə əsaslanıb qaydaları sərtləşdiriblər. Gəlin baxaq. Aliexpress saytına daxil oluruq. Məhsul sifariş veririk. Deyək ki, kişi bel çantası alırıq, qiyməti 20 dollardır. Gürcüstana göndərilmə 31.16$, Ermənistana pulsuz, Ukraynaya 3.16$, Rusiyaya pulsuzdur. Azərbaycana isə 104.36$ edir və GÖNDƏRİLMİR. Niyə çünki Azərbaycanda fantastik istehsal var, fısqırıq bel çantaları var digər ölkələr isə acından qırılırlar, heç bir istehsal yoxdur, hətta göndərilməni pulsuz belə əldə etmək olur.

Bu qədər Səfər Mehdiyev Bəyin “dünya təcrübəsi”ndən sitatlar gətirə bilərik…


Abunəlik