“Sahil Babayev və Mətanət Məmmədova bizə zülm edir” -vətəndaş müraciəti
AZTİMES.AZ xəbər verir ki, Xızı rayon sakini Quliyeva Yeganə Qəni qızı redaksiyaya məktubla müraciət edərək biridir ki, neçə illərdir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onların əlaltısı olan Mətanət Məmmədova ailəni demək olar ki hərəkətləri ilə məsğərəyə qoyur. Yeganə xanım iddia edir ki, atası illərdir xəstədir və bir il təqaüd alıb. Amma nədənsə vəziyyəti daha da ağırlaşan xəstənin təqaüdü anidən kəsilib . Hara müraciət etsələr də heç bir nəticə əldə etmək mümkün olmayıb.Xanimin yazdığı məktubu sizə təqdim edirik:
“Indi problemimi sizə mümkün qədər qısa çatdırmağa çalışacam.
Mənim atam Quliyev Qəno Əli oğlu ,05. 10.1958 -ci ildə anadan olub.
Xəstəlik tarixçəsinin ilkin etapları təxmini olaraq 2007-2008 -ə təsadüf etsə də, müayinə və müalicələr 2015 -ci ildən başlayıb. Qeyd edim ki, bu dövrlərdə bütün sənədlər var.
Nəhayət uzun süren get-gəldən sonra 21-02-2019 -cu il tarixində atamın ikinci dərəcəli əlilliyi beş il müddətinə təyin edildi.
Buna baxmayaraq 21-02-2020- ci ildə bu qərar ləğv edildi.
Səbəb olaraq Xızı Rayon Mərkəzi xəstəxanasında guya keçirilən , əyani müayinə zamanı bu qərar verilib.
XUSUSI QEYD: SÖZÜ GEDƏN EYANI MÜAYİNƏ SÖZDƏ MÖVCUD OLSA DA , ƏMƏLDƏ MOVCUD DEYIL.
ATAM MÜAYINƏ OTAĞININ QAPISININ AĞZINDAN AD, SOYAD SORUŞULARAQ YOLA SALINIB.
Təbii ki, bu qərardan məlumat alan kimi komissiyaya həkiminin əlaqə kordinatını tapıb dərhal əlaqə saxladım.
Qərarın hansı hüquqi və tibbi əsasları rəhbər tutaraq verilməsi barədə şəxsən həkimin mövqeyini öyrənmək istədim.
Həkimin cavabını mümkün qədər ştat formasında ifadə edəcəyəm.O mənə dedi ki,
“Mənim rəyim Quran ayəsi deyil Mən gəldim,sadəcə formal yazaraq getdim.
Qərarı DTSERX -dən Mətanət xanım istədiyi kimi sistemdə dəyişir.
Mən bütün bunları DTSERX-in rəisi Cavid Əbdulqədirova məni qəbul edən zaman məlumat verdim.
Cənab Əbdülqədirovun cavabı:
“Siz mənə hətta bir çağırış (SSTTYS-dan) təqdim etsəniz mən protokollaşdırıb bərpa edəcəm.” oldu.
Mən sözügedən sənədi növbəti gün şəxsən Emin həkimə əlbəəl təqdim etdim.
Qeyd edim ki, ilk Mətanət Məmmədovaya yaxınlaşaraq təqdim etmək istədim, israrla qəbul etmədi.
Sonra mənə yekun cavab gəldi. Bu cavabda məndən tələb olunan sənədlər qeyd edilməmişdir.
Bundan sonra dəfələrlə, bu sənəd hansı səbəbdən məndən tələb olunduğu halda yekun cavabda qeyd olunmayıb sualı daxil digər qaranlıq qalan məqamlara aydınlıq gətirilməsini istəsəm də mənə cavab verilmədi, əksinə, DTSERX-in mətbuat katibi mənə telefon danışığı zamanı səs tonunu qaldırdı.
Hətta rəisi Cavid Əbdülqədirovdan irad tutacaq qədər irəli getdi.
Təbii ki, mən nazirlikdən fərqli olaraq yüksək səbr, və təmkini qoruyaraq hələ də yolumu məhkəmədən salmadım.
Indi mümkün qədər ardıcıllıqla növbəti eyni məzmunlu müraciətlərimi siramaga calishacam.
Hörmətli Azad media nümayəndələri, Xızı rayon Millət Vəkili, EESS -şöbəsi və hələki son Prezident Administrasiyası.
Qeyd edim ki yuxarıda adı keçən instansiyalara oradan araşdırılması üçün Nazirliyə yönəlib hələ də cavab yoxdur. Hansı ki, o ali inistansiya mənə movcud pandemiya veziyyetini nezere alara video qebul ved edib.
Mən mümkün qədər subardinasiyanı qoruyaraq hələ də qarşı tərəfdən cavab gözləyirəm ki, ən azı video qəbulun məzmunu aydınlaşsın.
EESMN -yi ölkə başçısının məmur-vətəndaş münasibətlərinə dair, hər zaman çıxışlarında tövsiyyə və tapşırıqlarına əhəmiyyət vermir.
EESMN-in Dövlət qulluqçuları haqqında əsasnamənin müddəalarını kobud şəkildə pozur.
Onların bu qədər rəsmi müraciətə və sosial yazilan şikayətlərə mövqesiz qalmağı Nazirliyin Ictimai Nufuz anlayışına kölgə salmırmı?
Hörmətli redaksiya, bütün bunları ishiqlandirmağınızı xahiş edirəm.
Qarşı tərəfdən mövqe alın deyə bilməyəcəm, çünki yeddi ay müddətində KIV-in nümayəndələrinə də cavab verilməyib.
Istəyim, xahişim müraciətdə qoyduğum suallara hüquqi və tibbi açıqlama yetirilməsidir.
Çünki hələ bizi ,daha doğrusu məni cavab almadığım təqdirdə Ölkə Başçısına canlı müraciət və Prezident Administrasiyasindan video qəbul gözləyir. Xahiş edirəm ki, Mətanət xanımın və əlaltılarının özbaşınalığı ictimailəşdirilərək yuxarı instansiyalara çatdırılsın.
Hörmətlə : Quliyeva Yeganə Qəno qızı “