“Rahat Market” rəhbərliyindən vətəndaş şikayəti ilə bağlı açıqlama
Bir neçə gün öncə “Rahat Market” dükanlar şəbəkəsində ağartı məhsullarının köhnə olması ilə bağlı iddiaya cavab olaraq iddialar cavablandırılıb.
Marketinq müdiri Kənan Şirinov AzTimes.az-a açıqlamasında bildirib ki, vətəndaş iddiası üzərindən adı çəkilən marketdə reyd aparılıb, məhsullardan nüsxələr götürülərək labaratoriya müayinəsinə göndərilib. Həmçinin marketlə əməkdaşlığı olan “Uzun Ömür Süd “məhsulları MMC təqdim etdiyi məhsulların standartlara tam şəkildə cavab verməsi haqda sertifikat təqdim edib. Nəzərinizə çatdıraq ki, bir neçə gün öncə sosial şəbəkədə bu iddia ilə çıxış edən Gülarə Əzimzadə adlı vətəndaş redaksiyaya zəng edərək onun fikrinin səhv anlaşıldığını, “Rahat Market” də heç bir problemi olmadığını deyib.
AzTimes.az