9-cu mərtəbədən yıxılan məktəbli qız SAĞ QALDI
Rusiyanın Voronej vilayətində 13 yaşlı məktəbli qız yaşayış binasının 9-cu mərtəbəsindən yıxılsa da, sağ qalıb.
Hadisə şahidləri təcili yardım çağırıb.
Yaralı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun həyatı üçün hər hansı təhlükənin olub-olmaması barədə məlumat verilmir.
İlkin məlumata görə, hadisədən əvvəl zərərçəkmiş gənc oğlanı ilə mübahisə edib. İstintaq bu versiyanı rəsmən təsdiqləməyib.
Prokurorluq hadisənin baş vermə şəraitini araşdırır.