8555 taksi xidmətində biabırçılıq- Bakı küçələri erməni adları ilə göstərilir-FOTOLAR
AzTimes.az xəbər verir ki, hadisə Bakı şəhərində baş verib. Adının çəkilməsini istəməyən müştəri “Ailə taksi”dən istifadə etmək üçün proqramı yükləyib.
Amma nəticə qəribə olub. Belə ki, naviqatorda Ermənistanın xəritəsini əhatə edilməsini, küçələr və prospektlər Arsaxadı ilə əks olunduğunu görüb.
Vətəndaş məsələ ilə bağlı “CaspianNavTel” şirkətinə müraciət etmişdir. (Azərbaycanda naviqasiya lesenziyası yeganə bu şirkətdədir.)
Biz şirkətin Xəritə və naviqasiya üzrə mütəxəssis Samir bəylə əlaqə saxladıq. O ,məsələdən xəbərdar olduqlarını, 8555 taksi şirkətinin bu əməli ilə bağlı aidiyyəti üzrə orqanlara məlumat verdiyini bildirib.
Pərvin ABIŞOVA /AzTimes.az/