Baxılıb:445

Slovakiyanın Baş naziri Robert Fiko Moskvaya gəlib.

Onun Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşü başlayıb.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, danışıqlar təkbətək formatda gedir.

Peskovun sözlərinə görə, Fikonun səfəri bir neçə gün əvvəl planlaşdırılıb.

O, vurğulayıb ki, Putin və Fiko görüşdə beynəlxalq gündəliyi, həmçinin Rusiya qazının tranzitini müzakirə edəcəklər.


Abunəlik