Ziya Bünyadovun qatilinin qohumu futbol oyunlarını satırmış?-QALMAQAL
“Şamaxı” Futbol Klubunun futbolçuları Georgi Kantariya və Adil Nağıyev komandasından uzaqlaşdırılıb. Ölkə mətbuatında həmin futbolçuların danışılmış oyunlarda günahlandırılması barədə iddialar var. Criminal.az-ın əldə etdiyi məlumata görə, futbolçu Adil Nağıyev Abşeron rayonunun sabiq icra başçısı Adil Nağıyevin nəvəsidir. Baba Adil Nağıyevin oğlu Nizami Nağıyev akademik Ziya Bünyadovun qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunub və hazırda Qobustan Qapalı Həbsxanasında cəza çəkir.
Nizami Nağıyev 24-cü ildir ki, həbsxanadadır. 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.