Vətən müharibəsinin başlamasından 4 il ötür

Baxılıb:88
Vətən müharibəsinin başlamasından 4 il ötür

Bu gün Vətən müharibəsinin başlamasından 4 il ötür.

2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.

Belə ki, həmin gün Ermənistanın növbəti irimiqyaslı təxribatlarına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başlayıb, sonradan “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrilib.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də xalqa etdiyi ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi.

Prezident İlham Əliyev müharibənin gedişatı zamanı xalqa bir neçə dəfə müraciət etdi. Dövlət başçısının xalqa hər müraciətində yeni-yeni müjdələr, xoş xəbərlər eşidilirdi.

Elə döyüşlərin ilk günündə bir sıra kəndlərlə yanaşı, Azərbaycan Ordusu üçün strateji nöqtələrdən biri olan Murovdağ zirvəsi düşmən işğalından azad olundu. Bu isə həm şəxsi heyət, həm də xalq arasında böyük sevinc və ruh yüksəkliyinin daha da artmasına gətirib çıxardı. 44 gün ərzində döyüş meydanında hər gün qazanılan nailiyyətlər növbəti qələbələrin əldə olunmasına təkan verirdi. Beləliklə, oktyabrın 3-də Azərbaycan Ordusu artıq Talış və Suqovuşan qəsəbələrini azad etməklə cəbhənin şimal istiqamətində düşmənin mövqelərini sarsıtdı.

Oktyabrın 4-də Ali Baş Komandanın Cəbrayılın azad olunması ilə bağlı müjdəsi cəbhənin cənub istiqamətində də ciddi irəliləyişlərin əldə olunduğunu göstərirdi. Oktyabrın ilk ongünlüyündə bir sıra yaşayış məntəqələrinin düşmən tapdağından azad olunması artıq Ermənistan ordusunda çaxnaşmalara səbəb olmuşdu. Böyük təşvişə düşən düşmən yalnız ordu sıralarından və döyüş meydanından qaçmaqla canını qurtarmağa çalışırdı. Azərbaycan Ordusu isə düşməni qova-qova torpaqlarımızı qarış-qarış azad etməklə qarşıya qoyulan tapşırıqları icra etməklə məşğul idi.

Oktyabrın 9-da Hadrut qəsəbəsinin, oktyabrın 17-də isə Füzuli şəhərinin azad olunması ilə düşmənin beli qırılmış oldu. Oktyabrın 18-də Xudafərin qəsəbəsinin azad olunması ilə Azərbaycan Ordusu cənub cəbhəsində daha bir tarixi ədaləti bərpa etdi. Cəmi iki gün sonra isə Prezident İlham Əliyev bütün zəngilanlıları sevindirən müjdəni xalqa çatdırdı. Belə ki, oktyabrın 20-də Zəngilan şəhəri düşmən işğalından azad olundu. Bir gün sonra – oktyabrın 21-də Mincivan qəsəbəsi də azadlığına qovuşdu. Ayın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad olunması ilə Azərbaycan-İran dövlət sərhədinin uzun illər Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilən 132 kilometrlik hissəsi də tam nəzarətə götürüldü.

Oktyabrın 25-də Qubadlı şəhəri də işğaldan azad olundu. Döyüşlər isə davam edir, Azərbaycan hərbçiləri işğalda olan torpaqların böyük bir hissəsini artıq azad etmişdilər. Növbəti hədəf Şuşa şəhəri idi. Ali Baş Komandan demişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Beləliklə, noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Şuşanın azad olunması ilə düşmən Azərbaycan Ordusu qarşısında diz çökməyə məcbur oldu. Ermənistan Şuşanın Azərbaycanın nəzarətinə keçməsindən sonra artıq məğlubiyyəti ilə barışdı və kapitulyasiya aktına imza atmağa məcbur oldu. Şuşa uğrunda gedən döyüşlər Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir.

Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.

2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı – “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı.

Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi.

Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.

Ermənistan ordusundan qənimət kimi götürülmüş texnikaların bir hissəsi 2020-ci il dekabrın 10-da Bakıda hərbi paradda nümayiş etdirilib, onlar həmçinin 2021-ci ilin aprelində Bakıda açılmış Hərbi Qənimətlər Parkında sərgilənir.

2023-cü il sentyabrın 19-da isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiter­ror tədbirlərinə başladı.

24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçıların əsas rəhbərləri həbs olundu.

Beləliklə, Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olundu. Bununla da Qarabağdakı separatçıların varlığına son qoyuldu, Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və Konstitusiya quruluşu bərpa edildi. Hazırda azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri aparılır, eləcə də insanların öz yurdlarına qayıdışı təmin edilir.

Vətən müharibəsi dövründə yaşayış məntəqələrinin və yüksəkliklərin işğaldan azad edilmə xronologiyası:
№ TARİX RAYON YAŞAYIŞ MƏNTƏQƏSİ

  1. 27.09.2020 Füzuli Qaraxanbəyli
  2. 27.09.2020 Füzuli Qərvənd
  3. 27.09.2020 Füzuli Horadiz kəndi
  4. 27.09.2020 Cəbrayıl Böyük Mərcanlı
  5. 27.09.2020 Cəbrayıl Nüzgar
  6. 27.09.2020 Kəlbəcər Murovdağ zirvəsi
  7. 03.10.2020 Cəbrayıl Mehdili
  8. 03.10.2020 Cəbrayıl Çaxırlı
  9. 03.10.2020 Cəbrayıl Aşağı Maralyan
  10. 03.10.2020 Cəbrayıl Şəybəy
  11. 03.10.2020 Cəbrayıl Quycaq
  12. 03.10.2020 Füzuli Aşağı Əbdürrəhmanlı
  13. 03.10.2020 Tərtər Suqovuşan
  14. 03.10.2020 Tərtər Talış
  15. 04.10.2020 Cəbrayıl Cəbrayıl ş.
  16. 04.10.2020 Cəbrayıl Şükürbəyli
  17. 04.10.2020 Cəbrayıl Çərəkən
  18. 04.10.2020 Cəbrayıl Daşkəsən
  19. 04.10.2020 Cəbrayıl Horovlu
  20. 04.10.2020 Cəbrayıl Mahmudlu (kənd)
  21. 04.10.2020 Cəbrayıl Cəfərabad
  22. 04.10.2020 Cəbrayıl Yuxarı Maralyan
  23. 04.10.2020 Cəbrayıl Dəjəl
  24. 04.10.2020 Cəbrayıl Karxulu
  25. 05.10.2020 Cəbrayıl Şıxalıağalı
  26. 05.10.2020 Cəbrayıl Sarıcallı
  27. 05.10.2020 Cəbrayıl Məzrə
  28. 09.10.2020 Cəbrayıl Qışlaq
  29. 09.10.2020 Tərtər Çaylı
  30. 09.10.2020 Cəbrayıl Qaracallı
  31. 09.10.2020 Cəbrayıl Əfəndilər
  32. 09.10.2020 Cəbrayıl Süleymanlı
  33. 09.10.2020 Füzuli Yuxarı Güzlək
  34. 09.10.2020 Füzuli Gorazıllı
  35. 09.10.2020 Xocavənd Hadrut q.
  36. 09.10.2020 Xocavənd Sor
  37. 14.10.2020 Füzuli Qaradağlı
  38. 14.10.2020 Füzuli Xatınbulaq
  39. 14.10.2020 Füzuli Qarakollu
  40. 14.10.2020 Xocavənd Bulutan
  41. 14.10.2020 Xocavənd Məlikcanlı
  42. 14.10.2020 Xocavənd Qırmızıqaya
  43. 14.10.2020 Xocavənd Dağdöşü
  44. 14.10.2020 Xocavənd Tağaser
  45. 15.10.2020 Füzuli Arış
  46. 15.10.2020 Cəbrayıl Doşulu
  47. 15.10.2020 Xocavənd Edişə
  48. 15.10.2020 Xocavənd Düdükçü
  49. 15.10.2020 Xocavənd Edilli
  50. 15.10.2020 Xocavənd Çiraquz
  51. 16.10.2020 Xocavənd Xırmancıq
  52. 16.10.2020 Xocavənd Ağbulaq
  53. 16.10.2020 Xocavənd Axullu
  54. 17.10.2020 Füzuli Füzuli ş.
  55. 17.10.2020 Füzuli Qoçəhmədli
  56. 17.10.2020 Füzuli Cuvarlı
  57. 17.10.2020 Füzuli Pirəhmədli
  58. 17.10.2020 Füzuli Musabəyli
  59. 17.10.2020 Füzuli Çimən
  60. 17.10.2020 Füzuli İşıqlı
  61. 17.10.2020 Füzuli Dədəli
  62. 18.10.2020 Cəbrayıl Hacılı
  63. 18.10.2020 Cəbrayıl Hacı İsaqlı
  64. 18.10.2020 Cəbrayıl Xudafərin q.
  65. 19.10.2020 Cəbrayıl Soltanlı
  66. 19.10.2020 Cəbrayıl Əmirvarlı
  67. 19.10.2020 Cəbrayıl Maşanlı
  68. 19.10.2020 Cəbrayıl Hasanlı
  69. 19.10.2020 Cəbrayıl Alıkeyxalı
  70. 19.10.2020 Cəbrayıl Qumlaq
  71. 19.10.2020 Cəbrayıl Göyərçin Veysəlli
  72. 19.10.2020 Cəbrayıl Niyazqulular
  73. 19.10.2020 Cəbrayıl Keçəl Məmmədli
  74. 19.10.2020 Cəbrayıl Şahvəlli
  75. 19.10.2020 Cəbrayıl İsaqlı
  76. 20.10.2020 Füzuli Dördçinar
  77. 20.10.2020 Füzuli Kürdlər
  78. 20.10.2020 Füzuli Yuxarı Əbdurrəhmanlı
  79. 20.10.2020 Füzuli Qarğabazar
  80. 20.10.2020 Füzuli Aşağı Veysəlli
  81. 20.10.2020 Füzuli Yuxarı Aybasanlı
  82. 20.10.2020 Cəbrayıl Safarşa
  83. 20.10.2020 Cəbrayıl Həsənqaydı
  84. 20.10.2020 Cəbrayıl Fuğanlı
  85. 20.10.2020 Cəbrayıl İmambağı
  86. 20.10.2020 Cəbrayıl Daş Veysəlli
  87. 20.10.2020 Cəbrayıl Ağtəpə
  88. 20.10.2020 Cəbrayıl Yarəhmədli
  89. 20.10.2020 Xocavənd Ağcakənd
  90. 20.10.2020 Xocavənd Mülküdərə
  91. 20.10.2020 Xocavənd Daşbaşı
  92. 20.10.2020 Xocavənd Günəşli
  93. 20.10.2020 Xocavənd Çinarlı
  94. 20.10.2020 Zəngilan Zəngilan ş.
  95. 20.10.2020 Zəngilan Havalı
  96. 20.10.2020 Zəngilan Məmmədbəyli
  97. 20.10.2020 Zəngilan Həkəri q.
  98. 20.10.2020 Zəngilan Şərifan
  99. 20.10.2020 Zəngilan Muğanlı
  100. 21.10.2020 Füzuli Gecəgözlü
  101. 21.10.2020 Füzuli Aşağı Seyidəhmədli
  102. 21.10.2020 Füzuli Zərgər
  103. 21.10.2020 Cəbrayıl Balyand
  104. 21.10.2020 Cəbrayıl Papı
  105. 21.10.2020 Cəbrayıl Tulus
  106. 21.10.2020 Cəbrayıl Tinli
  107. 21.10.2020 Zəngilan Mincivan q.
  108. 21.10.2020 Zəngilan Babaylı
  109. 21.10.2020 Zəngilan Üçüncü Ağalı
  110. 21.10.2020 Zəngilan Sarıl
  111. 21.10.2020 Zəngilan Xumarlı
  112. 21.10.2020 Zəngilan Hacallı
  113. 21.10.2020 Zəngilan Xurama
  114. 21.10.2020 Zəngilan Cahangirbəyli
  115. 21.10.2020 Zəngilan Turabad
  116. 21.10.2020 Zəngilan İçəri Müşlan
  117. 21.10.2020 Zəngilan Qıraq Müşlan
  118. 21.10.2020 Zəngilan Məlikli
  119. 21.10.2020 Zəngilan Üdgün
  120. 21.10.2020 Zəngilan Baharlı
  121. 22.10.2020 Füzuli Mollavəli
  122. 22.10.2020 Füzuli Yuxarı Rəfədinli
  123. 22.10.2020 Füzuli Aşağı Rəfədinli
  124. 22.10.2020 Cəbrayıl Sirik
  125. 22.10.2020 Cəbrayıl Şıxlar
  126. 22.10.2020 Cəbrayıl Məstalıbəyli
  127. 22.10.2020 Cəbrayıl Dərzili
  128. 22.10.2020 Zəngilan Kolluqışlaq
  129. 22.10.2020 Zəngilan Malatkeşin
  130. 22.10.2020 Zəngilan Zəngilan (kənd)
  131. 22.10.2020 Zəngilan Genlik
  132. 22.10.2020 Zəngilan Vəliqulubəyli
  133. 22.10.2020 Zəngilan Qaradərə
  134. 22.10.2020 Zəngilan Çöpədərə
  135. 22.10.2020 Zəngilan Tatar
  136. 22.10.2020 Zəngilan Tiri
  137. 22.10.2020 Zəngilan Əmirxanlı
  138. 22.10.2020 Zəngilan Qarqulu
  139. 22.10.2020 Zəngilan Bartaz (kənd)
  140. 22.10.2020 Zəngilan Dəlləkli
  141. 22.10.2020 Zəngilan Ağbənd q.
  142. 23.10.2020 Xocavənd Dolanlar
  143. 23.10.2020 Xocavənd Bünyadlı
  144. 23.10.2020 Cəbrayıl Dağ Tumas
  145. 23.10.2020 Cəbrayıl Nüsüs
  146. 23.10.2020 Cəbrayıl Xələfli q.
  147. 23.10.2020 Cəbrayıl Minbaşılı
  148. 23.10.2020 Zəngilan Vənədli
  149. 23.10.2020 Zəngilan Mirzəhəsənli
  150. 23.10.2020 Qubadlı Zilanlı
  151. 23.10.2020 Qubadlı Kürd Mahruzlu
  152. 23.10.2020 Qubadlı Muğanlı
  153. 23.10.2020 Qubadlı Alaqurşaq
  154. 25.10.2020 Zəngilan Birinci Alıbəyli
  155. 25.10.2020 Zəngilan İkinci Alıbəyli
  156. 25.10.2020 Zəngilan Rəbənd
  157. 25.10.2020 Zəngilan Yenikənd
  158. 25.10.2020 Cəbrayıl Qovşudlu
  159. 25.10.2020 Cəbrayıl Sofulu
  160. 25.10.2020 Cəbrayıl Dağ Maşanlı
  161. 25.10.2020 Cəbrayıl Kürdlər
  162. 25.10.2020 Cəbrayıl Hovuslu
  163. 25.10.2020 Qubadlı Padar
  164. 25.10.2020 Qubadlı Əfəndilər
  165. 25.10.2020 Qubadlı Yusifbəyli
  166. 25.10.2020 Qubadlı Çaytumas
  167. 25.10.2020 Qubadlı Xanlıq
  168. 25.10.2020 Qubadlı Sarıyataq
  169. 25.10.2020 Qubadlı Mollabürhan
  170. 25.10.2020 Qubadlı Qubadlı ş.
  171. 26.10.2020 Cəbrayıl Çələbilər
  172. 28.10.2020 Zəngilan Birinci Ağalı
  173. 28.10.2020 Zəngilan İkinci Ağalı
  174. 28.10.2020 Zəngilan Zərnəli
  175. 28.10.2020 Füzuli Mandılı
  176. 28.10.2020 Cəbrayıl Qazanzəmi
  177. 28.10.2020 Cəbrayıl Xanağabulaq
  178. 28.10.2020 Cəbrayıl Çullu
  179. 28.10.2020 Cəbrayıl Quşçular
  180. 28.10.2020 Cəbrayıl Qaraağac
  181. 28.10.2020 Qubadlı Qiyaslı
  182. 28.10.2020 Qubadlı Əbilcə
  183. 28.10.2020 Qubadlı Qilican
  184. 30.10.2020 Cəbrayıl Xudaverdili
  185. 30.10.2020 Cəbrayıl Qurbantəpə
  186. 30.10.2020 Cəbrayıl Şahvələdli
  187. 30.10.2020 Cəbrayıl Xubyarlı
  188. 30.10.2020 Zəngilan Aladin
  189. 30.10.2020 Zəngilan Vejnəli
  190. 30.10.2020 Qubadlı Kavdadıq
  191. 30.10.2020 Qubadlı Məmər
  192. 30.10.2020 Qubadlı Mollalı
  193. 02.11.2020 Cəbrayıl Çapand
  194. 02.11.2020 Cəbrayıl Qoşabulaq
  195. 02.11.2020 Zəngilan Dərə Gilətağ
  196. 02.11.2020 Zəngilan Böyük Gilətağ
  197. 02.11.2020 Qubadlı İşıqlı
  198. 02.11.2020 Qubadlı Muradxanlı
  199. 02.11.2020 Qubadlı Milanlı
  200. 04.11.2020 Cəbrayıl Mirək
  201. 04.11.2020 Cəbrayıl Kavdar
  202. 04.11.2020 Zəngilan Məşədiismayıllı
  203. 04.11.2020 Zəngilan Şəfibəyli
  204. 04.11.2020 Qubadlı Başarat
  205. 04.11.2020 Qubadlı Qarakişilər
  206. 04.11.2020 Qubadlı Qaracallı
  207. 07.11.2020 Füzuli Yuxarı Veysəlli
  208. 07.11.2020 Füzuli Yuxarı Seyidəhmədli
  209. 07.11.2020 Füzuli Qorqan
  210. 07.11.2020 Füzuli Üçüncü Mahmudlu
  211. 07.11.2020 Füzuli Qacar
  212. 07.11.2020 Füzuli Divanalılar
  213. 07.11.2020 Cəbrayıl Yuxarı Məzrə
  214. 07.11.2020 Cəbrayıl Yanarxac
  215. 07.11.2020 Qubadlı Qəzyan
  216. 07.11.2020 Qubadlı Balasoltanlı
  217. 07.11.2020 Qubadlı Mərdanlı
  218. 07.11.2020 Zəngilan Beşdəli
  219. 07.11.2020 Xocalı Qarabulaq
  220. 07.11.2020 Xocalı Baharlı
  221. 07.11.2020 Xocavənd Ataqut
  222. 07.11.2020 Xocavənd Hünərli
  223. 08.11.2020 Şuşa Şuşa ş.
  224. 09.11.2020 Füzuli Qobu Dilağarda
  225. 09.11.2020 Füzuli Yal Pirəhmədli
  226. 09.11.2020 Füzuli Yuxarı Yağlıvənd
  227. 09.11.2020 Füzuli Dilağarda
  228. 09.11.2020 Füzuli Seyidmahmudlu
  229. 09.11.2020 Füzuli Ələsgərli
  230. 09.11.2020 Füzuli Aşağı Güzlək
  231. 09.11.2020 Füzuli Govşatlı
  232. 09.11.2020 Füzuli Mirzəcamallı
  233. 09.11.2020 Füzuli Şəkərcik
  234. 09.11.2020 Füzuli Merdinli
  235. 09.11.2020 Füzuli Şıxlı
  236. 09.11.2020 Füzuli Qaraməmmədli
  237. 09.11.2020 Füzuli Dövlətyarlı
  238. 09.11.2020 Füzuli Hüseynbəyli
  239. 09.11.2020 Füzuli Saracıq
  240. 09.11.2020 Xocalı Dəmirçilər
  241. 09.11.2020 Xocalı Çanaqçı
  242. 09.11.2020 Xocalı Mədətkənd
  243. 09.11.2020 Xocalı Sığnaq
  244. 09.11.2020 Şuşa Daşaltı
  245. 09.11.2020 Xocavənd Susanlıq
  246. 09.11.2020 Xocavənd Binə
  247. 09.11.2020 Xocavənd Tuğ
  248. 09.11.2020 Xocavənd Ağdam
  249. 09.11.2020 Xocavənd Azıx
  250. 09.11.2020 Xocavənd Böyük Tağlar
  251. 09.11.2020 Xocavənd Salakətin
  252. 09.11.2020 Xocavənd Zoğalbulaq
  253. 09.11.2020 Xocavənd Arakül
  254. 09.11.2020 Xocavənd Tağaverd
  255. 09.11.2020 Xocavənd Zərdanaşen
  256. 09.11.2020 Xocavənd Şexer
  257. 09.11.2020 Cəbrayıl Hüseynalılar
  258. 09.11.2020 Cəbrayıl Söyüdlü
  259. 09.11.2020 Cəbrayıl Aşağı Sirik
  260. 09.11.2020 Cəbrayıl Qalacıq
  261. 09.11.2020 Cəbrayıl Molla Həsənli
  262. 09.11.2020 Cəbrayıl Əsgərxanlı
  263. 09.11.2020 Cəbrayıl Yuxarı Nüsüs
  264. 09.11.2020 Cəbrayıl Aşıq Məlikli
  265. 09.11.2020 Cəbrayıl Niftalılar
  266. 09.11.2020 Cəbrayıl Qərər
  267. 09.11.2020 Qubadlı Yuxarı Mollu
  268. 09.11.2020 Qubadlı Aşağı Mollu
  269. 09.11.2020 Qubadlı Xocik
  270. 09.11.2020 Qubadlı Qaraimanlı
  271. 09.11.2020 Qubadlı Xəndək
  272. 09.11.2020 Qubadlı Həmzəli
  273. 09.11.2020 Qubadlı Mahruzlu
  274. 09.11.2020 Qubadlı Hal
  275. 09.11.2020 Qubadlı Ballıqaya
  276. 09.11.2020 Qubadlı Ulaşlı
  277. 09.11.2020 Qubadlı Tinli
  278. 09.11.2020 Qubadlı Xocahan
  279. 09.11.2020 Qubadlı Boyunəkər
  280. 09.11.2020 Qubadlı Qaraqoyunlu
  281. 09.11.2020 Qubadlı Çərəli
  282. 09.11.2020 Zəngilan Keçikli
  283. 09.11.2020 Zəngilan Ördəkli
  284. 09.11.2020 Zəngilan Sobu
  285. 09.11.2020 Zəngilan Qaragöz
  286. 09.11.2020 Zəngilan İsgəndərbəyli
  287. 09.11.2020 Zəngilan Bartaz q.
  288. 09.11.2020 Zəngilan Bartaz (2300 m)
  289. 09.11.2020 Zəngilan Sığırt (1370 m)
  290. 09.11.2020 Zəngilan Şükürataz (2000 m)
  291. 09.11.2020 Laçın Güləbird
  292. 09.11.2020 Laçın Səfiyan
  293. 09.11.2020 Laçın Türklər
  294. 20.11.2020 Ağdam Ağdam
  295. 25.11.2020 Kəlbəcər Kəlbəcər
  296. 01.12.2020 Laçın Laçın

Abunəlik