Baxılıb:1570

“2020-ci il müharibəsindən sonra Tavuş, Sünik (Zəngəzur) və Qeqarkuniki (Göyçə mahalının Çəmbərək kəndi) 50 min insan tərk edib”.

Bu barədə Qarabağdan İrəvana qaçan separatçıların keçmiş qondarma “rəsmisi” olmuş Hayk Xanumyan deyib.

O bildirib ki, bu, Ermənistan üçün ciddi problemdir: “İnsanlar Qarabağda baş verənlərdən qorxuya düşərək, sərhəd bölgələrini tərk edirlər. Hakimiyyət isə heç bir iş görmür. Bu o deməkdir ki, Ermənistanın təhlükəsizliyi risk altındadır”.

Separatçı qeyd edib ki, Qarabağda baş verənlər (separatizmin ləğv edilməsi-red) bir gün Ermənistanın başına gələ bilər.



Abunəlik