“65 yaşlı müəllimi işdə saxlayıramsa, yaxşı, 25 yaşlını saxlamıramsa, pis nazir oluram”
“Hazırda bizim müəllim çatışmazlığı ilə bağlı problemimiz yoxdur. Bizim yeni məzun olacaq müəllimlər üçün də yerimiz var”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, əmək və musiqi müəllimləri istisnadır: “Mən burada yaş amilini də nəzərə alıram. Bu gün mən 65 yaşlı müəllimi işdə saxlayıramsa, yaxşı nazir, amma 25 yaşlı müəllimə işləməyə imkan vermirəmsə, pis nazir oluram. Datalara baxaq, bu gün müəllimlik ixtisasını bitirənlərin əksəriyyəti də işləmir, orta məktəbdə dərs demir. Ya ailə qurur, ya ixtisasını dəyişir. Digər tərəfdən, deyirlər ki, vakansiyalar azdır. Amma bu, avtomatlaşmış sistemdir. Biz sistemdə kimin nə qədər maaş aldığını görürük. Kimin 65 yaşının gələn il tamam olacağını görürük. Nəzəri olaraq direktorun vakansiyaları gizlətmək imkanları çox məhduddur. Bizim məktəblərdə müəllimlərin sayı ilə siniflərin sayı arasında balans pozulur. Heç də həmişə çıxan bütün müəllimlərin yerinə vakansiya elan etmirik”.