İsveçrə Xarici İşlər Nazirliyi Ukrayna üzrə sülh konfransının tarixini və yerini təsdiqləyib

Baxılıb:105
İsveçrə Xarici İşlər Nazirliyi Ukrayna üzrə sülh konfransının tarixini və yerini təsdiqləyib

İsveçrə Xarici İşlər Nazirliyi Ukrayna üzrə sülh konfransının tarixini və yerini təsdiqləyib.

Tədbir 15-16 iyun tarixlərində Bürgenstokda baş tutacaq.

Sammit son aylarda aparılan müzakirələrə əsaslanacaq. Xüsusilə, Zelenskinin “sülh formuluna” əlavə olaraq, BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanan digər sülh təklifləri də müzakirə ediləcək.

Görüşün məqsədi gələcək sülh prosesini stimullaşdırmaq olub. Buna nail olmaq üçün “hər iki tərəfi gələcək sülh prosesinə cəlb etmək” planlaşdırılır.

Bu mərhələdə tədbirə Yeddilik Qrupu (G7), İyirmilik Qrupu (G20) və BRİKS ölkələri, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT və Avropa Şurası, bundan əlavə, Vatikan və Konstantinopol Patriarxı da dəvət alıb.

İsveçrə dövlət və hökumət başçıları səviyyəsində 160-dan çox nümayəndə heyətini iyunun 15-16-da Bürgenstokda Ukrayna üzrə birinci sülh konfransında iştirak etməyə dəvət edib.


Abunəlik