Qarabağlı kəndinin məktəbliləri qəzalı binada dərs keçir -FOTO
AzTimes.az xəbər verir ki, Salyan rayonu Qarabağlı kənd 2 saylı tam orta məktəbin sinif otaqları yağan qarın nəticəsində acınacaqlı hala düşüb. İşin ən dözulməz tərəfi odur ki, şagirdlər bu vəziyyətdə dərsdə oturmaq məcburiyyətindədilər. Belə halda hansı təhsildən və yüksək nəticədən söhbət gedə bilər? Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları hər il təhsilə dövlət büdcəsindən milyonlarla pul ayrılması üçün sərəncam imzalayır. İmzalayır və inanır ki, məmurlar onun etimadını doğruldurlar. Amma təəssüf ki, neft ölkəsinin sakinləri hələ də bu cür çətinliklə üz-üzədir.