Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində gənc əməkdaşın polis andını qəbul etməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib

Baxılıb:231
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində gənc əməkdaşın polis andını qəbul etməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu bitirmiş 32 nəfər gənc əməkdaşın polis andını qəbul etməsi ilə əlaqədar andiçmə mərasimi keçirilib.

Əvvəlcə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin , xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edənlər daxili işlər orqanlarının tarixi, polis andının mahiyyəti və andiçmənin əhəmiyyəti barədə məlumat veriblər .

Sonra müvafiq qaydalara əsasən kursu bitirən gənc əməkdaşlar Dövlət bayrağı önündə “Polis andı”nı qəbul edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Abunəlik