Kliniki Tibbi Mərkəzində intihar? -RƏSMİ AÇIQLAMA

Baxılıb:634
Kliniki Tibbi Mərkəzində intihar? -RƏSMİ AÇIQLAMA

AzTimes.az xəbər verir ki, hadisə 12.11.2024-cü il günün ikinci yarısında Kliniki Tibbi Mərkəzində baş verib . Hadisə şahidlərinin dediyinə görə xəstə özünü xəstəxananın 4-cü mərtəbəsindən atıb, nəticədə onun beli sınıb.

Mətbuat xidmətindən AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 21.10.1983-cü il təvəllüdlü şəxs Kliniki Tibbi Mərkəzə ikitərəfli pnevmaniya, kəskin tənəffüs çatışmazlığı, xroniki böyrək xəstəliyi (ikinci mərhələ) diaqnozları ilə daxil olub. Vəziyyəti qiymətləndirildikdən sonra süni tənəffüs aparatında qoşulub, aparılan müalicə nəticəsində səhhətində müsbət dinamika müşahidə edilib. Bir müddət sonra xəstə süni tənəffüs aparatından ayrılıb. Lakin 12.01.2024-cü il tarixində onda panik-atak müşahidə edilib. Vətəndaşın qeyri-ixtiyari hərəkətlərinə görə psixatr baxışı təyin olunub. Psixatr baxışından sonra məlum olub ki, vətəndaşda psixoz vəziyyət mövcuddur.

Bu gün sözügedən şəxs pəncərədən aşağı düşməyə cəhd edib və bu zaman yıxılaraq xəsarət alıb. Hazırda vəziyyəti qənaətbəxşdir. Müalicəsi davam etdirilir.


Abunəlik