Uşaqlar birliyi “Mübariz ruh” adlı nominasiya üzrə təltif olundu

Baxılıb:222
Uşaqlar birliyi “Mübariz ruh” adlı nominasiya üzrə təltif olundu

“Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçən Cümşüdova Səma “Mübariz ruh” adlı nominasiyası üzrə diplom, mükafat və hədiyyə ilə təltif olunub.

AzTimes.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 26 dekabr 2023-ci il tarixində cari il ərzində uşaq hüquqları, xüsusən də uşaqların inkişaf hüququ sahəsində səmərəli fəaliyyəti ilə seçilən uşaqların mükafatlandırılması məqsədi ilə “Qalib Ölkənin Qalibləri-2023” adlı tədbir keçirilib.

Tədbirdə Uşaq Səfirlər Məclisinin üzvləri və regional nümayəndələri də daxil olmaqla respublikanın bütün şəhər və rayonlarından fəallığı, xüsusi bacarıq və istedadı ilə seçilən, liderlik keyfiyyətlərinə sahib olan 100-ə yaxın uşaq iştirak edib.


Abunəlik