Şəhid anası soyğunçuluğa məruz qaldı

Baxılıb:465
Şəhid anası soyğunçuluğa məruz qaldı


AzTimes.az xəbər verir ki, noyabr ayının 26- dan 27 -ə keçən gecə Neftçala şəhidi Telman Kəlbiyevin 72 yaşlı anası Dilşad Kəlbiyeva in evinə naməlum şəxslər tərəfindən basqın olub.
Ananın tək olduğundan xəbər tutan maskalı şəxslər evə daxil olaraq ona bıçaqla hədə-qorxu gələrək evdə olan 800 AZN pulu götürərək qaçıblar.
Məlumat üçün qeyd edək ki, Telman Kəlbiyev Ömər aşırımı uğrunda gedən doyüşlər zamanı şəhid olsa da onun cənazəsi ailəsinə 26 dekabr 2020-ci ildə təhvil verilib. Ana oğurlanan məbləği oğlunun il mərasimi üçün saxlayıbmış.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən soyğunçuluq faktı ilə bağlı Neftçala RPŞ-də cinayət işi açılıb. Əməli törədən şəxs və şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Abunəlik