“Azərbaycan Uşaqları” İctimai Birliyi və “Əhmədbəy Ağaoğlu” Milli Araşdırmalar İctimai Birliyi arasında tərəfdaşlıq haqqında memorandum imzalanıb
AzTimes.az xəbər verir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyi və “Əhmədbəy Ağaoğlu” Milli Araşdırmalar İctimai Birliyi arasında tərəfdaşlıq haqqında memorandum imzalanıb.Memorandum imzalanması zamanı birinci tərəf “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə tərəfindən ikinci tərəf isə “Əhmədbəy Ağaoğlu” Milli Araşdırmalar İctimai Birliyinin sədr müavini Sara Əliyeva tərəfindən təmsil olunub. Memorandum ilə yerinə yetirilən fəaliyyətlər tərəflərin nizamnamələrində nəzərdə tutulan məqsədlərə çatmaq üçün birgə fəaliyyətlərin planlaşdırılması və icrasından ibarətdir.Tərəflər iki təşkilatın qüvvədə olan sənədləri və bu Memorandumun müddəalarına uyğun olaraq, bərabər və qarşılıqlı ümumi maraq doğuran sahələrdə əməkdaşlığın inkişafına töhfə verməkdir. Memorandum çərçivəsində fəaliyyətlərin tərəflər arasında razılaşdırılmış icra planı üzrə yerinə yetirilməsi nəzərdə tutub.