SON DƏQİQƏ! Bu şəxslər həbs edildi

Baxılıb:829
SON DƏQİQƏ! Bu şəxslər həbs edildi

Azərbaycanda dini radikalizmin təbliğinə və pozuculuq fəaliyyətə cəlb edilmiş şəbəkənin bir qrup üzvü polis əməkdaşları tərəfindən həbs edilib.

Məlumata görə 9 nəfər şəxs narkotik aludəçilərini yardım adı altında əməkdaşlığa cəlb ediblər, ölkədə “kərimə dövləti” qurulmasını təbliğ ediblər. İrandan idarə edilən radikal dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət etmək olub.

İfşa olunan növbəti şəbəkə üzvlərinin əlaqələri, onların radikal fəaliyyəti haqqında sosial şəbəkə hesablarında çoxsaylı faktlar var.

YENİLƏNDİ

Azərbaycanda İranın tapşırıqlarını yerirə yetirərək “kərimə dövləti” qurmaq istədikləri üçün həbs edilən 9 nəfərin adlı siyahısı:

1. Kərimov Fərman Süleyman oğlu

2. Mayılov Rüfət Rasim oğlu

3. Qədimov Vilayət Məmməd oğlu

4. Rzayev Aqil Əlişir oğlu

5. Sadıqov Bəhruz Tofiq oğlu

6. Ələkbərov Süleyman Nəsir oğlu

7. Əliyev Usub Sədrəddin oğlu

8. Quliyev Musa Surəddin oğlu

9. Rəhimov Tofiq Ağacəlil oğlu

AzTimes.az


Abunəlik