Azərbaycanlı iş adamı son çarə kimi Qod Nisanovdan kömək istəyib: “Ailəmi xilas edin”

Baxılıb:37354
Azərbaycanlı iş adamı son çarə kimi Qod Nisanovdan kömək istəyib: “Ailəmi xilas edin”
Azərbaycanlı iş adamı son çarə kimi Qod Nisanovdan kömək istəyib: “Ailəmi xilas edin” AzTimes.az xəbər verir ki, 25 ilə yaxındır ki, Rusiya paytaxtı Moskva şəhərində yaşayan və orda iş adamı kimi tanınan Verdiyev Eldəniz Nəriman oğlu olduca çətin vəziyyətlə üzləşib. Bu barədə o, Azərbaycanın hüquq-mühafizə orqanlarına, eləcə də Moskvadakı “Food City” meyvə və tərəvəzin topdan satış bazarının sahibi, tanınmış iş adamı, əslən Azərbaycandan olan Qod Semyonoviç Nisanova müraciətində bildirib.
Eldəniz Verdiyev müraciətində olduqca dəhşətli məqamlara toxunub və araşdırılması vacib olan məsələlər barədə danışıb. Onun çıxışından məlum olub ki, “Food City” bazarında onun timsalında azərbaycanlı iş adamlarının bizneslərini mənimsəyən, onlara bilərəkdən problem yaradan kriminal ünsürlər fəaliyyət göstərirlər. Bu kriminal ünsürlərin fəaliyyətini dayandırmaq üçün azərbaycanlı iş adamlarının ümid yerlərindən birinə çevrilmiş, onlara iş imkanı yaratmış, bizneslərinin inkişafı üçün əlverişli şərtlər təqdim etmiş Qod Nisanovdan kömək istəyən Eldəniz Verdiyev bildirib ki, sözügedən bazarda Ramin Niyazov, Mahir Babayev kimi şəxslər cinayətkar əməllərinə müxtəlif don geyindirərək məhz Qod Nisanovun adından istifadə edirlər.
Belə ki, 2020-ci ildə bu şəxslər Moskvada Eldəniz Verdiyevə böyük problemlər yaradıb, özünün və ailəsinin həyatı ciddi təhlükə ilə üzləşib. İş adamı 2 ildən artıqdır ki, Ramin Niyazovun adamlarının təhdidi və təqib altında yaşayır. Onunla düşmənçilik aparan Niyazov Ramin Mübariz oğlunun atası Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkən və “gəncəli qanuni oğru Mübariz” ləqəbi ilə tanınan Mübariz Niyazovdur: Ramin Niyazov mənim biznesimi qohumlarımın əli ilə oğurlayıb, indi isə hər vasitədən istifadə edərək məni məhv etməyə çalışır. Onun bu işdə əlaltısı isə sabiq polis əməkdaşı, polis orqanlarından xaric edilən Etibar adlı şəxsdir. Etibar polisdən qovulduqdan sonra Mokvaya gedərək Ramin Niyazovun kriminal dəstəsinə qoşulub. Dəfələrlə onun təhdidlərinə məruz qalmışam, məni hətta öldürməklə hədələyib. Onunla olan telefon danışıqlarımızı təqdim etməyə hazıram. Sifarişçi isə Ramin Niyazovdur. Məhz o, Etibarın əli ilə mənim meyvə bazasına girişimə qadağa qoydurub, ancaq bununla da kifayətlənməyərək daha sonra məni çay içmək adı ilə çağırıb bazanın zirzəmisinə saldırıb. 2 saata yaxın davam edən söhbətdən sonra bazanın zirzəmisindən məni tanınmış iş adamı İlham Rəhimovun kürəkəni olan Araz müəllim sərbəst buraxdırıb. Ramin Niyazov zirzəmidə saxlandığım müddətdə pasportumun surətini çıxartdıraraq Azərbaycana göndərib və hansısa vasitə ilə ölkəyə girişimə qadağa qoydurub. Bundan sonra isə həmin şəkli böyütdürərək bazanın ərazisində “Cinayətkarı axtarırıq” adı altında nümayiş etdirib”. Beləliklə Eldəniz Verdiyevin həm həyatı təhlükə altına düşüb, həm də işgüzar nüfuzuna ciddi ziyan dəyib. O, baş verənlərin bütün təfərrüatı ilə danışaraq iş adamlarına öz dəstəyini heç bir zaman əsirgəməyən, onların problemlərinin həllinə daim yardımçı olan Qod Nisanovdan kömək istəyib: “Siz ədalətli rəhbərsiniz, sahibi olduğunuz meyvə-tərəvəz bazasında iş adamı kimi çalışdığım müddətdə bunun dəfələrlə şahidi olmuşam. Müraciətimin bir ünvanı olaraq Sizi seçməyim də təsadüfi deyil. Çünki mənim başıma gətirilən çirkin oyunlar, oğurluq sizin yaratdığınız, rəhbəri olduğunuz meyvə-tərəvəz bazasında baş verir, bu insanlar həm də Sizin böyük zəhmət hesabına qoruduğunuz nüfuzunuza ciddi ziyan vurmağa çalışırlar. Bu cinayətkar dəstə hazırda da Sizin rəhbəri olduğunuz ticarət bazasında məskunlaşıb və iyrənc əməllərlə məşğuldur. Onlar Sizin adınızdan sui-istifadə edərək iş adamlarını qorxudur, biznesini əlindən alır və ya təhdid yolu ilə bizneslərinə şərik olurlar. Bütün bunlardan xəbərdar olduğunuz təqdirdə iş adamlarının qəniminə çevrilmiş bu mütəşəkkil dəstəyə qarşı qanun çərçivəsində bütün zəruri tədbirləri görəcəyinizə tam əminəm. Ramin Niyazov hər yerdə Sizin, Oleq Yusifobun adından istifadə edir və hətta Bakıda nüfuzlu bir orqanda mənimlə üzləşmədə də Sizinlə yaxın olduğunu iddia edib. Ramin Niyazov hətta “Pulum çoxdur, əlim hər yerə çatır” deyərək qanunsuz əməllərini vurğulamaqdan çəkinməyib. Açıq şəkildə “Mənim arxamda Qod Nisanov dayanır, mənimlə heç kəs bacara bilməz” deyə iddia etdi. Başıma gələn bütün çirkin əməllər məhz onun əli ilə baş verib. Bu cinayətkar dəstə Sizin sahibi olduğunuz bazada qanunsuz əməllərlə məşğuldur, mənə çatacaq 3 milyon dolları açıq şəkildə mənimsəyir. Mən illərlə zəhmət hesabına əldə etdiyim vəsaiti onlardan ala bilmirəm”.

Abunəlik