Artromed klinikasında vətəndaşın 4500 manat pulunu alıb burunun bərbad hala saldılar – VİDEO

Baxılıb:544
Artromed klinikasında vətəndaşın 4500 manat pulunu alıb burunun bərbad hala saldılar – VİDEO

Artromed Tibb Mərkəzində burnunu əməliyyat etdirən Məmmədova Günel Kəmaləddin qızı gözlənilməz nəticə ilə üzləşib.

AzTimes.az xəbər verir ki, sözügedən tibb ocağının İdrak Əhmədov adlı həkimi burun əməliyyatı adı altında onun tənəffüs və iybilmə orqanını ciddi şəkildə zədələyib: “8 sentyabr 2022-ci ildə burnumdan əməliyyat olundum.

Əməliyyatı İdrak Əhmədov adlı həkim edib. Əməliyyatdan sonra burnumda müəyyən problemlər yarandı. 5 ay sonra isə burnum demək olar ki, sıradan çıxdı. Burnumda şiş əmələ gəldi. İdrak Əhmədov çözüm kimi burnuma iynə vurdu. Bu iynədən sonra isə burnum daha da pis vəziyyətə düşdü.

İdrak Əhmədovdan burnumu yenidən əməliyyat etməsini tələb etdim. Lakin həkim yenidən əməliyyata razı olmadı. Mən əməliyyat haqqı olara 4500 manat ödəmişdim. Bu halda pulumu geri istədim. Bununla bağlı klinikanın rəhbərliyinə şikayət etdim.

Estetik cərrahiyə şöbəsinin müdiri Mais həkim dedi ki, problem həllini tapacaq, yəni pulum geri qaytarılacaq. Onun sentyabrın 25-nə qədər pulumun qaytarılacağını bildirdi”.

Şikayətçinin sözlərinə görə, Mais həkim verdiyi vədə əməl etməyib. “Pulumu qaytarmadılar. Əksinə, həkimlər birləşib məni təhqir etdilər”, – deyə Günel Məmmədova bildirib.

O, saytımız vasitəsilə Baş Prokurorluğa müraciət edərək məsələ ilə bağlı tədbir görülməsini xahiş edir.

Günel Məmmədova məsələ ilə bağlı prokurorluğa videomüraciət edib.

Həmin videonu da oxuculara təqdim edirik.


Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq! (Reportyor.info) 


Abunəlik