Fuad Muradov həbs edildi
AzTimes az xəbər verir ki, özünü Milli Fədailər Hərəkatının təsisçisi kimi təqdim edən Fuad Muradov barəsindəki şikayət əsasında açılmış cinayət işi ilə əlaqədar saxlanılıb.Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Hazırda Fuad Muradov barəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə başlanılmış işin istintaqı davam etdirilir.