İsmayıllıda toy təbili- DİN və komitə hərəkətə keçdi/AÇIQLAMA
AzTimes.az xəbər verir ki, İsmayıllı rayonu Qasimkən kəndində 16 yaşlı F.V.(ad şərtidir) nin valideynləri tərəfindən evləndirilməsine hazırlıq görülməsi xəbəri daxil olan kimi İsmayıllı RPŞ və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin əməkdaşları dərhal hərəkətə keçmişdir.
DİN- in mətbuat xidmətinin Şəki regional qrupundan AzTimes.az-a bildirilib ki, İsmayıllıda 16 yaşlı qızın ərə verilməsi barədə bir neçə gün öncə polisə daxil olmuş məlumat əsasında zəruri tədbirlər görülüb və digər aidiyyəti qurumlara məlumat verilib. Valideynlərin, eləcə də psixoloqun iştirakı ilə qızın izahatı alınıb. Qanunvericiliyin tələbləri onlara izah edilib və yetkinlik yaşına çatmayan şəxsin ərə verilməsinin qarşısı alınıb. Eynilə Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin əməkdaşları və İsmayıllı rayon icra hakimiyyəti nəzdində fəaliyyət göstərən komissiyanın əməkdaşları da hər iki tərəfin valideynləri ilə söhbət apararaq azyaslının 18 yaşı tamam olanadək məsələnin nəzarətdə saxlanacağını bildirib.
Pərvin Abışova /AzTimes.az/