Ölkə siyasətinə və polisinə qara yaxan VƏTƏN XAİNLƏRİ ziyarətgahlarda şou- proqram təşkil edir/VİDEO

Baxılıb:530
Ölkə siyasətinə və polisinə qara yaxan VƏTƏN XAİNLƏRİ ziyarətgahlarda şou- proqram təşkil edir/VİDEO

Azərbaycana xəyanət edərək İrana sığınan Orxan, Tohid, Əkrəm və s. ibarət dəstə Ərbəin ilə əlaqədar İraqda guşə quraraq  vətrənimizi gözdən salmaqla məşğuldurlar.

Yayılan görüntülərdə ziyarətçilrə telfon və digər vasitələrlə (bu videoda böyük monitordan istifadə etməklə) Xamaneyi və molla rejminə biət edən   Taleh Bağırov, Şəhla barədə, gecə-gündüz asayiş keşiyində dayanan polislərimizin hansısa etiraz aksiyalarındakı guya güc tətbiqi, həbsdə olan, molla rejiminin dəstəyi ilə ölkədə qarışiqliq yaratmaq məqsədilə təşkil olunmuş Nardaran, Gəncə hadisələrinin təşkilində fəal iştirak edən azərbaycanlılar, əvvəlki illərdə bəzi məscidlərin sökülməsi (hansı ki, yenidən tikilib və və ya restavrasiya edilib), Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarının İsrail rəsmilərini qəbul etməsi, Azərbaycan-İsrail əlaqələri ilə bağlı görüntüləri təqdim edərək Azərbaycan dövlətinin “anti-İslam” obrazını yaradırlar.

Qeyd edək ki, bu ilk hal deyil. Məsələn,bu ilin yanvar ayında İranda Qasım Süleymaninin ölümünün ildönümü münasibətilə keçirilən anım tədbiri zamanı da oxşar fəaliyyət göstərilmişdi . Bundan əlavə  Taleh Bağırzadənin keçən il nümayiş etdirdiyi “aclıq” şou proqramı zamanı   müxtəlif ölkələrdən, o cümlədən Fələstindən olan jurnalist və s. şəxslərin “dəstək” aksiyalarını da hazırlanmışdı.  Hətta bu cür təsəvvürü Azərbaycanda yaratmaq məqsədilə, bir neçə irançı qadınların polis idarə və bölmələri qarşısında aksiyaları təşkil edilmişdi.

İnanclı şəxslər üçün müqəddəs hesab edilən aylarda təşkil olunmuş yürüşlər zamanı  ölkəmizdən ziyarətə gedən bəzi zəvvarların üçrəngli bayrağımızı nümayiş etdirməsi Orxan və Tohidin “ordusu ” tərəfindən narahatlığına səbəb olmuşdur.

Azərbaycan əleyhinə qurulmuş düşmənçilik kampaniyası İran İslam Respublikasının və İraqın ərazisində baş verir. Adıçəkilən  yerlərə saf inancla ziyarətə gedən şəxslərin xoş niyyətindən istifadə olunaraq onların dövlət, Azərbaycandakı mövcud hakimiyyətdən narazıymış kimi təsəvvürlər yaradılır.Əgər dini fəaliyyət, ziyarət və s .  dövlətin və siyasi maraqlarının əleyhinə istifadə edilirsə, bununla bağlı ciddi tədbirlər görülməldir.
Siyasi şouya çevrilən bu kimi hallar qəbuledilməzdir.
Pərvin Abışova /AzTimes.az/


Abunəlik