Övladlıq verilmiş qız bioloji anası tərəfindən qaçırıldı – DİN məlumat YAYDI

Baxılıb:288
Övladlıq verilmiş qız bioloji anası tərəfindən qaçırıldı – DİN məlumat YAYDI

Lənkəranda olay baş verib. AzTimes.az xəbər verir ki, bu barədə Kəmalə Ağazadə şəxsi Facebook hesabında məlumat yayib.”İllər öncə notarial qaydada uşaqdan imtina yazılıb. Övladlığa verilmə prosesi məhkəmə yolu ilə həyata keçirilib. Gözəl bir ailə formalaşıb. Ta ki,məxfilik pozulub və anacıq tapılıb ailənidağıdanadək…
15 yaşlı qızı bioloji ana və qohumları qaçırdıb. Qıza nə ediblərsə,özləri bilir təbii ki, qız rəsmi anaya dönmür. Uşaq övladığa götürən ailənin ad,soyadında…Qonşular uşağı məcburən saxlandığını iddia edir. Məxfiliyin pozulması cinayət tərkibi yaradır. Uşağın qaçırılması da cinayət tərkibi yaradır. Uşağın başına nə gələcəyi min bir fikir yaradır. Rəsmi ailə yalvarır. Uşaq təzyiq altında “getmirəm” deyir.
Ailənin əlaqə nömrəsini aidiyyatı qurumlara verəcəyəm. Uşaq anacıqdan alınmalıdır!!! Uşaqların taleyi ilə oynamayın!!!”
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə paylaşılan həmin məsələdən məlumatlıdırlar. “İddialar araşdırılır, nəticəsi barədə məlumat veriləcək”

YENİLƏNDİ

Sosial şəbəkələrdə azyaşlının qaçırılması ilə bağlı yayılan iddialar araşdırılıb. Tərəflər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə dəvət olunaraq dinlənilib. Azyaşlı Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasının əməkdaşları və psixoloqun iştirakı ilə verdiyi izahatda könüllü şəkildə bioloji anasının yanına getdiyini, onu övladlığa götürən T.Əliyevanın yanına qayıtmaq istəmədiyini bildirib.Araşdırmalarla əməldə kriminal tərkibin olmadığı müəyyən olunub. Toplanmış material baxılması üçün aidiyyəti üzrə Yetkinlik Yaşına Çatmayanların İşləri və Onların Hüquqlarının Müdafiəsi Komissiyasına göndərilib.


Abunəlik