Səhiyyəsi küçələrdə qalan Azərbaycan-Neftcala Rayon Xəstəxanasında BİABIRÇILIQ
Səhiyyəsi küçələrdə qalan Azərbaycan.
Təbibə tabe olan Neftçala rayon mərkəzi xəstəxanasının işçiləri sertifikasiya imtahanı üçün kursa göndərilən tibb işçilərinin ezamiyyə pullarının verilməməsindən şikayətçidirlər.
Tibb işçiləri bildirirlər ki, 28 günlük sertifikasiya kursuna göndərilərkən onlara ezamiyyə pulu verilmir, bu da onları çox çətin vəziyyətə salır.Tibb bacıları aldıqları aylıq maaşın onların dolanışığına güclə çatdığını deyir və Bakıya kursa getməyə imkanlarının olmadığını bildirirlər.Deyirlər ki, Bakıda 1 ay qalmaq üçün kirayə ev və digər xərcləri ödəmək üçün ən azı 500 AZN lazımdır, amma bu pul onlarda yoxdur.Onların dediyinə görə, əvvəllər kursa gedərkən borc götürürdülər, daha sonra ezamiyyə pulunu alandan sonra borclarını verirlərmiş.İndi o pul verilmədiyi üçün TƏBİB-in binasının qarşısında yaşamağa məcbur olduqlarını bildirirlər.
Tibb işçilərinin şikayətlərinə öz fikirlərimi əlavə etmək istəyirəm.Çox maraqlıdır ki,TƏBİB-in sədri Vüqar Qurbanov qızına milyonluq toy edəndə bunu tibb işçilərinin ezamiyyə pulu ilə edib?İstər-istəməz ağlıma belə fikirlər gəldi ki, o bunu bu yollarla edib.
Rayon xəstəxanası haqqında da bir söz demək istəyirəm: təmir, yanacaq, avtomobil ehtiyat hissələri, xəstələrə ayrılan yemək xərcləri, ayrılan dərmanlar və sair, mənimsəyib yeyirsiniz, heç olmasa hüquq şöbəsi işçilərin hüquqlarını qorusun.
Siz yeyib-içirsiniz qarnınız toxdur, bəs bu işçilər nə yesinlər?
AzTimes.az
/Şirvaninfo