Sığınacaq rəhbəri prezidentə müraciət etdi:”Mənim balalarım təhsil alacaq!”
AzTimes.az xəbər verir ki, “Azərbaycan Uşaqlari İçtimai Birliyi ” nin rəhbəri Kəmalə Ağazadə prezidentə müraciət ünvanlayıb . Müraciətdə Elm və Təhsil Nazirliyinin sığınacağa yerləşdirilmiş uşaqların təhsilinə problemlər yaratdığından, zorakılığa məruz qalmış azyaşlıların ümumtəhsil məktəblərində və bağçalarda yerləşdirilməsində yaradılmış süni çətinliklərdən danışılıb . Bundan əlavə K. Ağazadə
Facebook sosial şəbəkəsində şəxsi hesabında izləyicilərə müraciət edib:
“Dostlar,yardım edin!!!Paylaşın!!!
Mənim balalarım təhsil alacaq!!! Bu onların haqqıdır!!!
Sənədləri olsa da,olmasa da!!!
Eşidirsiniz? Oxuyacaqlar!!! Adam kimi adam olacaqlar!!! Təhsil onların gələcəyidir!!!
Uşaqların sənədi olmadığına görə nə məktəbə,nə də bağçaya götürmürlər!!!
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi elektron sisteminizdə sənədsiz uşaqlar üçün pəncərəni açın!!! Açın ki, təhsil onların üzünə açılsın!!!
Emin Amrullayev Siz edə bilərsiniz!!!”