Lənkəran poçt filialının rəisi Azər Dadaşovun işdən çıxma səbəbi açıqlandı -RƏSMİ

Baxılıb:692
Lənkəran poçt filialının rəisi Azər Dadaşovun  işdən çıxma səbəbi açıqlandı -RƏSMİ

*Azərpoçt” MMC Lənkəran poçt filialının rəisi Azər Dadaşovun barəsində gəzən söhbətlərə aydınlıq gətirilib. Bir müddətdir filial rəisinin barəsində gəzən xoşagəlməz fikirlərə ictimaiyyətdə birmənalı qarşılanmayıb. Az öncə A.Dadaşovun həmkarlarının verdiyi məlumatda onun tutduğu vəzifədən azad edildiyi, səlahiyyətlərini müvəqqəti olaraq Astara poçt filialının rəisi yerinə yetirəcəyi bildirilib. Onlar A.Dadaşovun işdən çıxarılma səbəbini haqqında quruma yönlənmiş şikayət məktubları ilə əlaqələndiriblər. Məsələ ilə bağlı “Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq Fateh AzTimes.az-ın sorğusuna cavab olaraq bildirdi ki, Azər Dadaşov öz ərizəsi ilə işdən çıxıb, buna görə də şikayət məktubları ilə bağlı heç bir suala cavab verilə bilməz.


Abunəlik