DİN -dən Göyçayda saxlanılan yeniyetmə ilə bağlı AÇIQLAMA
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzTimes.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Göyçay rayonunun Çərəkə kəndində yerləşən çayxanada qumar oyunları oynanılması barədə polisə məlumat daxil olub. Biri yeniyetmə olmaqla 7 nəfər şöbəyə dəvət edilib.
Qeyd olunan yeniyetmənin valideyni ölkədə olmadığından o qohumu ilə birlikdə polis şöbəsinə dəvət edilib. Həmin şəxs və əmisi izahatında yetkinlik yaşına çatmayan şəxsin çayxanada fəaliyyət göstərmədiyini, sadəcə orada tanışının yanında olduğunu bildirib. Təfərrüatları şöbənin təhqitat qrupunda araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.