Jurnalist Zaur Qənbərovun həbsinin arxasında kimlər var?

Baxılıb:983
Jurnalist Zaur Qənbərovun həbsinin arxasında kimlər var?

Sarkazm.az saytının redaktoru Zaur Qəmbərovla əlaqə saxlaya bilməmək səbəbi məlum olub.DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AzTmes.az-ın sorğusuna cavab olaraq bildirib ki,
Avqust ayının 1-də axşam saatlarında Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları xidməti ərazidə-Gəncə-Şəmkir avtomobil yolunun 1-ci kilometrliyində xidmət aparan zaman, yol nəqliyyat hadisəsi baş verməsi, sürücülərdən birinin digərinə küt alətlə xəsarət yetirməsi və ictimai asayişin kobud surətdə pozulmasını aşkar ediblər. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Gədəbəy rayon sakini Zaur Qəmbərov idarə etdiyi “Hyundai” markalı avtomobil ilə hərəkətdə olarkən “Chevrolet” markalı avtomobilin onu ötməsinə əsəbləşərək, yol hərəkəti qaydalarını kobud surətdə pozaraq sözügedən avtomobili ötərək qarşısına keçmiş və qəfil əyləcləmə etmişdir. “CHEVROLET” markalı avtomobilin sürücü yaranmış qəza şəraitində idarəetməni itirərək Z. Qəmbərovun avtomobili ilə toqquşub. Baş vermiş hadisə ilə əlaqədar Z. Qəmbərov avtomobildən düşərək qarşı tərəfi nalayiq ifadələr ilə təhqir etmiş, daha sonra ona müxtəlif bədən xəsarətləri yetirmişdir.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb və məhkəmənin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əgər söhbət hər kəsin tanıdığı Zaur Qənbərovdan gedirsə, onun nə qədər təmkinli ,mədəni biri olduğunu bilirik. Bir müddətdir ki, İsmayıllı rayon icra hakimiyyətində baş verənlər barədə yazan Zaura dəfələrlə təqib və təzyiqlər olduğunu bildirirdi. Daha sonra eyni yazıya görə jurnalist Nicat Ocaqlıya yazılan təhdid dolu mesaj baş vermiş hadisənin planlı olması ilə bağlı şubhələri dərinləşdirir.


Abunəlik