Vergi borcu olan şirkət 41 gündə 24 tenderi uddu – SİYAHI
AzTimes.az xəbər verir ki , hazırda dövlətə 10792.41 AZN vergi borcu olan “VNM SERVİS” MMC “Dövlət satınalmaları haqqında” Qanunu “çeynəyərək” tenderlərə qtılaraq qalib olub.
Qazanılan tenderlər bölgələrin suvarma sistemləri idarələri və MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN MƏRKƏZİ-MUĞAN KOLLEKTORLARININ İSTİSMARI İDARƏSİ tərəfindən elan edilib.
Adı çəkilən şirkətin qalib olduğu tenderləri təqdime edirik:
ASTARA SUVARMA SİSTEMLƏRİ İDARƏSİ – Mexanizm və Nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin və sürtkü yağlarının satın alınması- 24.982,72 AZN
BİLƏSUVAR SUVARMA SİSTEMLƏRİ İDARƏSİ – Yağların və sürtkü materiallarının satın alınması – 148.117,14 AZN
AŞAĞI MUĞAN MELİORATİV SİSTEMLƏRİNİN İSTİSMARI İDARƏSİ – Yağ-sürtkü mallarının satınalınması – 22.466,32 AZN
AĞCABƏDİ SUVARMA SİSTEMLƏRİ İDARƏSİ – Maşın mexanizmlərin ehtiyyat hissələrinin satın alınması – 163.152,7 AZN
AĞDAŞ RAYON SUVARMA SİSTEMLƏRİ İDARƏSİ – Avtomobillər üçün ehtiyat hissələrinin satın alınması – 72.939,86 AZN
NEFTÇALA SUVARMA SİSTEMLƏRİ İDARƏSİ – Maşın və mexanizmlər üçün yağ-sürtkü materiallarının satın alınması – 12.504,46 AZN
AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN İSMAYILLI SUVARMA SİSTEMLƏRİ İDARƏSİ – AVTOMAŞIN VƏ MEXANİZMLƏR ÜÇÜN EHTİYYAT HİSSƏLƏRİNİN SATIN ALINMASI – 43.573,86 AZN
AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN İSMAYILLI SUVARMA SİSTEMLƏRİ İDARƏSİ -Mexanizmlər və avtomaşınlar üçün sürtkü materiallarının satın alınması – 8.643,5 AZN
CƏNUBİ MUĞAN KANALI İSTİSMARI İDARƏSİ -Cari təmir işləri üçün tikinti materiallarının və azqiymətli əşyaların satın alınması – 84.716,18 AZN
AŞAĞI MUĞAN MELİORATİV SİSTEMLƏRİNİN İSTİSMARI İDARƏSİ – Torpaq qazan mexanizmlərin ( ekskovator, buldozer ) üçün ehiyat hissələrinin satın alınması – 57.586,01 AZN
YUXARI XANBULANÇAY HİDROQOVŞAĞI İSTİSMAR İDARƏSİ -SÜRTKÜ MATERİALLARININ SATIN ALINMASI – 5.723 AZN
YUXARI QARABAĞ KANALI İSTİSMARI İDARƏSİ -Torpaq qazan mexanizimlərə və avtomobillərə ehtiyat hissələrinin satın alınması – 64.334,28 AZN
CƏLİLABAD SUVARMA SİSTEMLƏRİ İDARƏSİ -Sürtkü yağlarının satın alınması – 20.515,72 AZN
BƏHRƏMTƏPƏ HİDROQOVŞAĞI İSTİSMARI İDARƏSİ – Satınalma Müqaviləsi – 42.415,35 AZN
YEVLAX SUVARMA SİSTEMLƏRİ İDARƏSİ -“Sürtkü materialları”nın satın alınması – 29.072,84 AZN
BƏRDƏ SUVARMA SİSTEMLƏRİ İDARƏSİ – 2023-cü ildə nəzərdə tutulan “Maşın mexanizmlərə və nəqliyyat vasitələrinə tələb olunan sürtkü yağlarının” satın alınması – 25.417,2 AZN
BƏRDƏ SUVARMA SİSTEMLƏRİ İDARƏSİ “- 2023-cü ildə nəzərdə tutulan “Nəqliyyat vasitələri üçün tələb olunan ehtiyat hissələrinin” satın alınması – 8.942,04 AZN
SAMUX SUVARMA SİSTEMLƏRİ İDARƏSİ – Sürtgü və yağ materiallarının satın alınması Məbləğ 12.807,72 AZN
LAÇIN SUVARMA SİSTEMLƏRİ İDARƏSİ “- nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması – 8.320,42 AZN
AZƏRBAYCAN RESPUBLİKASI MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN MƏRKƏZİ-MUĞAN KOLLEKTORLARININ İSTİSMARI İDARƏSİ – Avtomaşın və mexanizmlər üçün sürtgü yağlarının satınalınması – 44.511,96 AZN
CƏNUBİ MUĞAN KANALI İSTİSMARI İDARƏSİ – Mexanizmlər və nəqliyyat vasitələri üçün sürtkü yağlarının satınalınması – 7.561,91 AZN
İMİŞLİ SUVARMA SİSTEMLƏRİ İDARƏSİ – Maşın və mexanizmlər üçün ehtiyyat hissələrinin satınalınması – 120.743,5 AZN
“ŞİRVAN ŞƏHƏR MƏRKƏZİ XƏSTƏXANASI” PUBLİK HÜQUQİ ŞƏXSİ – Yanacaq və sürtkü materiallarının alınması – 6.802,11 AZN
Qeyd edək ki, nizamanmə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçi VÜQAR NAĞIYEV MƏHƏMMƏD OĞLUdur.
“Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.32gun.az