Baxılıb:131

 “Azəravtoyol” şefinin qaynı Şəfiyar Duman oğlu Quliyevə məxsus 7 ha ərazisi olan qum karxanası

Şəki şəhərinin Salman Mümtaz küçəsində, daha dəqiq desək, yeni açılışı olmuş “LUK OİL” YDM-nin arxasında yerləşən, 7 ha əraziyə malik, dəyəri 2.4 milyon manat olan, bütün lazımi avadanlıq və qurğulara malik nəhəng qum karxanası digər saysız hesabsız obyektlər kimi cənab Saleh Məmmədovun qaynı Səfiyar Duman oğlu Quliyevin adına rəsmiləşdirlmişdir. 
  
 Növbəti sayımızda yenə də ictimaiyyətə indiyədək bəlli olmayan  cənab S.Məmmədovun İmişli-Lerik yolundakı, Göygöldəki, Xaldan-Zaqatala yolundakı, Binəqədi-Novxanı yolunun üstündəki SOCARa icarəyə verilmiş və SMS adlı YDM-dən, Mingəçevirdə  “Kür” Olmipiya Mərkəzilə üzbəüz yerləşən 3 mərtəbəli villadan, Qax rayonun Qaxbaşı qəsəbəsindəki aqlay üzlüklü 3 mərtəbəli villadan, Novxanıdakı dəyəri 8 milyon manatlıq villadan bəhs ediləcək. Əmlaklrın çoxu S.Məmmədovun qaynı Şəfiyar Duman oğlunun adına sənədləşdirildiyi bildirilir. Bizi izləyin.
İfadetv.com-un araşdırma qrupu


Abunəlik