39 saylı poliklinikada hansı xidmətlər var?- FOTOREPORTAJ

Baxılıb:1989
39 saylı poliklinikada hansı xidmətlər var?- FOTOREPORTAJ

39 saylı poliklinika regional poliklinika hesab olunur və Yasamal rayonu üzrə 2- ci səviyyə seçilib. Poliklinika səhər saat 9:00-dan 21:00 kimi xəstələrin xidmətindədir. Burada həm uşaq həm də böyüklər üçün xidmətlər göstərilir. Ambulator müalicə təklif edən müəsisədə bütün vətəndaşların qeydiyyatı aparılılır.

Tabeliyində beş böyük poliklinikası, 5 uşaq poliklinikası var. Qadın məsləhətxanasının bütün növ qan analizləri poliklinikaya göndərilir.Həmçinin poliklinikada nikaha girən cütlüklərin tibbi müayinəsi həyata keçirilir. Yeni ləvazimatlarla təchiz olunmuş labaratoriyada daha bir ilk , analiz üçün alınan məhlulların koridorla təmas etməməsi üçün otaqdaxili keçidin təşkilidir.

18 may 2023-cü il tarixindən etibarən poliklinika bütün müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur.Uşaq şöbəsi 10389 uşağa tibbi xidmət göstərir. Doqquz sahə fəaliyyət göstərir.Poliklinika ərazi prinsipi üzrə işləyir. Hər sahənin özünün dislokasiyasi var , yəni hər ərazi üzrə həkimlər həmin sahədə yaşayan uşaqlara görə cavabdehlik daşıyırlar. Basqa rayon qeydiyyatında olan, amma müəyyən səbəblərdən poliklinikanın nəzarətində olan ərazidə yaşayan uşaqlara da xidmət göstərilir. Burada azyaşlıların peyvəndi və müayinəsi aparılır .

Poliklinikada göz həkimi, nevropotoloq, kardioloq, cərrah , uşaq ginekoloqu fəaliyyət göstərir.

Personal savadı və təcrübəsi ilə sayılıb seçilən tibb işçilərindən təşkil olunub. Qeydiyyat şobəsi 9:00-dan 21:00-dək fasiləsiz fəaliyyət göstərir. İcbari tibbi sığortanın tətbiqi yeni qaydalara öyrəşməyən vətəndaşlar arasında bəzən narazılıqla qarşılansa da poliklinika rəhbərliyinin təcrübəsi və peşəkarlığı belə problemlərin həllini təmin edir.


Poliklinikada yeganə stomotoloji xidmətlər İcbari sığorta paketinə daxil deyil.

Pərvin Abışova /AzTimes.az/


Abunəlik