Nizami Tibb Mərkəzində Cərrahiyyə şöbəsi vətəndaşların istifadəsinə verilib

Baxılıb:176
Nizami Tibb Mərkəzində Cərrahiyyə şöbəsi vətəndaşların istifadəsinə verilib

Gələn il Nizami Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən “AzərSuTikinti” xəstəxanasının təmir və yenidən qurulması mümkün olacaq.

AzTimes.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, xəstəxanada bir sıra şöbələr fəaliyyət göstərirdi: “Hazırda isə həmin binada hemodializ şöbəsi işləyir. Burada tibbi xidmətin təşkilində hər hansı çətinlik olmadığından həmin şöbə bundan sonra da fəaliyyətini davam etdirəcək. Həmçinin nefrologiya şöbəsi də eyni qaydada vətəndaşlara xidmət göstərəcək”.

V.Qurbanov əlavə edib ki, həmin xəstəxana əhalinin sıx məskunlaşdığı ərazidə yerləşdiyindən gələn ildən yenidən qurulması nəzərdə tutulur.


Abunəlik