Gədəbəydə siyasi oyunlar-Saxta vəzifə təyinatları

Baxılıb:260
Gədəbəydə siyasi oyunlar-Saxta vəzifə təyinatları

Gədəbəydən baş vermiş hadisələrin fonunda rayonda bir neçə hadisə cərəyan edir. Məsələlərin özəyi eyni nöqtəyə və adamlara bağlanır.
Qızıl mədəninin yaratdığı problemi bütün dünya gördü. İcra hakimiyyəti məsələyə dünya biləndən sonra qarışdı. İnsanların qarşısına lazım olan və problemdə əməyi olanlar çıxarılmalı idi. Amma olmadı.
Məlumat üçün deyək ki, icra hakimiyyəti ilə qızıl mədəni arasında anlaşmaları, pul haqq-hesablarını icra hakimiyyətinin əməkdaşı Vüsal Musayev icra edir. Vüsal Musayev idarəetmədə hər cür oyun oynasa da, nəticə etibarı ilə üzdə olmamağı seçməyi bacarır.
Vüsal Musayevin növbəti oyun yeri Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatıdır. İdarədə bağban işləyən Fəqani adlı işçi Vüsal Musayevin sayəsində özünü birinci müavin elan edib. Buna görə də, rayon rəhbərinə sağ ol da yazmağı unutmayıb. İdarənin müdiri Fuad Bayramov və onun işçiləri Fəqanin qarşısında acizdir. Bağban Fəqani az qalır Fuadı da fəhlə kimi işlədə. Üstəgəl işçiləri döyür və söyür. Görünür icra hakimiyiətinə sərf edən adamdır. Bağban özünü idarənin birinci müavini elan edir və bunu sosial şəbəkədə ictimailəşdirir. Bağbanın bu əməlindən icra hakimiyyəti xəbərdar olsa da, heç bir reaksiya vermir.
Maraqlıdır ki, dövlət müəssisəsində özünü birinci müavin elan edən şəxs qarşısında rayon rəhbərliyi çoxmu acizdir?
Vüsal Musayevin Fəqani layihəsi növbəti etiraz aksiyasına hesablandığı gün kimi aydındır.
İcra başçısının heç bir əmri olmadan bağban özünü birinci müavin elan etməsinin adı ya cinayətdir, ya da icra hakimiyyəti tərəfindən verilən “volya”dır.
Gədəbəyin adının dünya miqyasında hallanması bu cür məmurların bəhrəsidir.


Abunəlik