Bahar Muradova Uşaq sığınacağının qonağı oldu

Baxılıb:144
Bahar Muradova Uşaq sığınacağının qonağı oldu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradova “Azərbaycan Uşaqları” İctimai Birliyi Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzininin qonağı olub.

Mərkəzdə ümumi şəraitlə tanış olan Komitə sədri burada yaşayan uşaqlarla görüşərək, art-terapiya otağında onların əI işlərinə baxıb, fikir və təəssüratlarını bölüşüb.

Daha sonra Mərkəzin rəhbəri Kəmalə xanım Ağazadə kollektivin həssas vəziyyətdə olan uşaqlarla bağlı fəaliyyəti haqqında məlumat verib. Həmçinin uşaq hüquqlarının təmin olunması, dövlət orqanları və qeyri-dövlət xidmət müəssisələrinin birgə fəaliyyəti istiqamətində müzakirə aparılıb.


Abunəlik