61 yaşlı qadını intim görüntüləri ilə şantaj edən şəxs tutuldu

Baxılıb:634
61 yaşlı qadını intim görüntüləri ilə şantaj edən şəxs tutuldu

AzTimes.az xəbər verir ki, 61 yaşlı qadının intim görüntülərini yayacağı ilə şantaj edib 5 min manatını alarkən tutuldu.

Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin keçirdiyi əməliyyatla şəhər sakini olan 61 yaşlı xanıma məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul alan Yardımlı rayon sakini Alim Canəliyəv saxlanılıb.

Belə ki, A. Canəliyev zərərçəkən xanımdan növbəti dəfə 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Abunəlik