DİN-in təşəbbüsü ilə Sumqayıtda konfrans təşkil olundu-“Uşaqlar bizim gələcəyimizdir”
AzTimes.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsində Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda konfrans təşkil olunmuşdur.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini polis polkovniki Əziz Baqişev, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsini Uşaq Məsələləri Şobəsinin məsləhətçisi Həsən Əliyev, Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva Sumqayıt Ağsaqqallar şurasının sədri, QHT rəhbərləri , yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorlari iştirak edib.
Konfransda bu gün üçün ən böyük problemlər yaradan , yetkinlik yaşına çatmayanları ən çox təsir altına salan dini radikalizmə, ağ ölüm hesab edilən narkotik vasitələrin istifadəsi, erkən nigah, dərsdən yayınma halları müzakirə edilib, problemlərin həlli yolları üçün təklif və tövsiyyələr dinlənilib.